Qələbə paradı ərəfəsində Moskvanın mərkəzində terror aktlarının qarşısı alınıb...

Rusiya lideri Vladimir Putin ötən gün ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı zamanı Qələbə bayramı ərəfəsində Kreml ərazisində və Qırmızı meydanda planlaşdırılan terror aktlarının qarşısının alınması barədə məlumat verib.
Bu barədə jurnalistlərə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin Trampa Rusiyanın mayın 9-u şərəfinə elan etdiyi üçgünlük atəşkəs rejimini də xatırladıb. Buna baxmayaraq, mayın 7-nə keçən gecə Ukrayna tərəfi 524 pilotsuz uçuş aparatı və “Storm Shadow” raketləri ilə Rusiya ərazisinə hücum edib.
Putin deyib: “Onların demək olar ki, hamısı vuruldu. Eyni zamanda paytaxtın mərkəzində Kreml və Qırmızı meydan ərazisində terror aktları təhlükəsinin qarşısı alınıb”.
ZÜMRÜD