Yəmən husiləri İsrailin Hayfa limanını blokadaya aldıqlarını açıqladı

Əl-Masirah xəbər verir ki, bu barədə briqada generalı Yəhya Sari açıqlamasında deyib: Yəmən silahlı qüvvələri Hayfa limanında dəniz blokadasının yaradılması üzrə işlərə başlamaq qərarına gəlib. O, bu qərarın “İsrailin Qəzza xalqına qarşı təcavüzünün güclənməsinə, hər gün onlarla qətliam törətməsinə və dünyanın indiyədək heç vaxt görmədiyi soyqırım cinayətinin yüzlərlə qurbanına, eləcə də davam edən mühasirə və aclığa cavab olaraq” verildiyini qeyd edib. Sari əlavə edib ki, Yəmən silahlı qüvvələri “gəmiləri bu limanda olan və ya ona doğru gedən bütün şirkətlərə yuxarıda adı çəkilən limanın hədəflər siyahısına daxil edildiyini bildirir”.
Surxay Əliyev