Tramp günahı yenə Zelenskinin üstünə atdı: - “Onunla məşğul olmaq asan deyil”

ABŞ prezidenti Donald Tramp deyib ki, Ukrayna atəşkəsə hazırdır, lakin Kiyevin sülhə nail olmaq səylərini qiymətləndirmək üçün vaxt lazımdır. Tramp bu barədə Ağ Evin Oval kabinetində hüquq-mühafizə orqanlarının şərəfinə keçirilən tədbir zamanı bildirib. "Mən dedim: Ukraynalılar atəşkəsə hazırdırlar. Onlar sülh danışıqlarına hazırdırlar", - deyə Tramp bildirib. Ukraynanın sülhə nail olmaq üçün kifayət qədər iş görüb-görmədiyini soruşduqda, Amerika prezidenti cavab verib ki, daha dəqiq nəticələr çıxarmaq üçün vaxt lazımdır. "Yaxşısı budur ki, iki həftədən sonra mən sizə nəisə deyim. Çünki mən indi nə hə, nə də yox deyə bilmərəm. Məncə, Zelenski güclü oğlandır. Ancaq o,asan adam deyil. Düşünürəm ki, o, dirənib - dayanmaq istəyir. Bu, çox pis şeydir, Amma iki-dörd həftə ərzində bu suala daha yaxşı cavab verə bilərəm"- deyə Tramp yenə vaxt istədi.
Surxay Əliyev