Trampdan qudasına jest - Çarlz Kuşner ABŞ-ın Parisdəki səfiri təyin edildi

ABŞ Senatında keçirilən səsvermədə 51 “hə” və 45 “xeyr” səsi alan yəhudi iş adamı Kuşner ABŞ-ın Parisdəki yeni səfiri olub.
Trampın qızı İvanka Trampla evli olan Cared Kuşnerin atası Çarlz Kuşnerin yaxın vaxtlarda and içəcəyi gözlənilir.
Prezident Tramp noyabrın 30-da verdiyi açıqlamada Çarlz Kuşnerin ABŞ-ın Fransadakı səfiri vəzifəsinə namizədliyini irəli sürməkdən məmnun olduğunu demişdi: "O, ölkəmiz və onun maraqları üçün güclü müdafiəçi olacaq möhtəşəm sahibkar, xeyriyyəçi və iş adamıdır".
TAHİR