Xamenei ABŞ-la danışıqların uğurlu olacağına şübhə edir - bu böyük səhvdir...

İranın Ali rəhbəri Ayətullah Seyid Əli Xamenei Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli istiqamətində ABŞ-la aparılan danışıqların effektivliyinə şübhə ilə yanaşır.
“Həm sabiq prezident İbrahim Rəisi dövründə, həm də indi vasitəçilər tərəfindən aparılan danışıqlar nəticəsiz qalıb. İndi də onların nəticə verəcəyini düşünmürük”, - deyə İranın Ali rəhbəri bildirib.
Onun sözlərinə görə, İrandan uranın zənginləşdirilməsini dayandırmağı tələb etmək böyük səhvdir. “Vaşinqtonun İrana uranı zənginləşməyə imkan verməyəcəkləri ilə bağlı bəyanatları qəbuledilməzdir. Bizə heç kimin icazəsi lazım deyil”, - deyə Xamenei vurğulayıb.
ZÜMRÜD