Hindistanda üç gün ərzində 11 nəfər Pakistanın xeyrinə casusluq ittihamı ilə həbs edilib. Bu barədə “India Today” məlumat yayıb. Məlumata görə, həbslər casusluq fəaliyyətinin qarşısını almaq üçün ümummilli kampaniyanın bir hissəsi kimi həyata keçirilib.
Hindistan səlahiyyətlilərinin bildirdiyinə görə, təqsirləndirilən şəxslər pul mükafatları və Pakistana səfərləri zamanı şəxsən sosial şəbəkələr və mesajlaşma proqramları da daxil olmaqla casus şəbəkəsinə cəlb ediliblər. Telekanal aydınlaşdırır ki, saxlanılanların hamısı 20-30 yaş arasındadır. Həbslər üç ştatda - Haryana, Pəncab və Uttar Pradeşdə həyata keçirilib.
Mətləb