“Putin açıq şəkildə bildirdi ki, o, öz qaydaları ilə oynayır və bu yöndə Trampın mövqeyi onun üçün az əhəmiyyət kəsb edir. Donald Trampla telefon danışığı zamanı Rusiya prezidenti Vladimir Putin faktiki olaraq açıq şəkildə bildirdi ki, onun ABŞ-ın rəyinə və dəstəyinə ehtiyacı yoxdur”. Bu barədə CNN xəbər verir.Nəşr qeyd edir ki, Rusiyanın Vaşinqtondan asılı olmayaraq öz oyununu,öz şərtləriylə oynadığına dair get-gedə artan əlamətlər hiss edilir. Trampla söhbətindən sonra Putin bir daha müharibənin səbəbləri ilə bağlı özünün çoxdan formalaşmış versiyasını təkrarladı: “Guya günah NATO-nun çox sürətlə genişlənməsindədir”.
Bu arada, ABŞ-da münaqişədən uzaqlaşmağın tərəfdarı olan səslər getdikcə daha çox səslənir. "Bu, bizim müharibəmiz deyil" deyən vitse-prezident Vens ABŞ-ın Ukraynanı dəstəkləməkdə davam edən iştirakını faktiki olaraq şübhə altına aldı. O vurğulayıb ki, Rusiya sülh sazişi istiqamətində addımlar atmasa, ABŞ diplomatik prosesdən çıxmaqla Kiyevə yardımı dayandıra bilər. Putinlə telefon danışığından sonra Donald Trampın da ritorikası dəyişib. Beş gün əvvəl o, özünü Türkiyədə Vladimir Zelenski ilə Putin arasında danışıqları təşkil etməyə hazır vasitəçi kimi təqdim edirdisə, indi ümumi çağırışla kifayətlənir: “Ukrayna və Rusiya bacardıqca tez danışsın”. O, hətta Vatikanı danışıqlar yeri kimi də təklif etdi ki, bu da ABŞ-ın münaqişəylə bağlı arxa plana çəkilmək istəyindən xəbər verir.
Surxay Əliyev