Bazar ertəsi gecə PKK terror təşkilatının Suriyadakı uzantısı “Suriya Demokratik Qüvvələri”nin (SDQ) kürd birləşmələri Hələb əyalətindəki Tişrin bəndi ərazisində yeni hökumətin komandanlığı altında olan Suriya ordusuna hücum edib. Bu barədə Suriya televiziyası Suriya Ordusunun 72-ci briqadasındakı hərbi mənbəsinə istinadən məlumat yayıb. "SDQ Tişrin bəndi istiqamətində mövqelərə hücum edib. Bizim mövqelərimiz Suriyatel yüksəkliyindəki bəndin ərazisində hücuma məruz qalıb", - deyə telekanal hərbi mənbədən sitat gətirilib. Suriya Ərəb Ordusu əvvəllər kürdlərin işğal etdiyi iki qalaya nəzarəti bərpa edə bilib. Mənbə qeyd edir ki, “Şiddətli döyüşlərdən sonra əraziyə ordu qüvvələrinin böyük dəstələri göndərilib”. Telekanal kürdlərlə ordu arasında silahlı eskalasiyanın səbəbini dəqiqləşdirməyib.
Surxay Əliyev