Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer diplomatların bu ölkə məhkəmələrinə birbaşa təsir göstərməyə çalışdıqlarını etiraf edib.
Səfir gürcü mətbuatına açıqlamasında bildirib:“Təəssüf ki, Gürcüstanda ədliyyə sisteminə müdaxilə cəhdlərinin qarşısı alınmır. Diplomatlar məhkəmələrə birbaşa təsir etməyə çalışırlar”.
Həmçinin səfir əlavə edib: "Almaniyada bizim polisə şillə vurmağa ixtiyarımız yoxdur. Amma Batumidə jurnalistin polisə əl qaldırdığını hamı gördü. Lakin sual olunur: o, doğrudan da, 4 ildən 7 ilədək həbsə layiqdirmi? O, artıq 4 aydır həbsdədir. Bəlkə də, bu müddət etdiyi iş üçün kifayətdir”
ZÜMRÜD