“Defense Express”-in analitikləri Ukraynanı və Avropa ölkələrini qorxutmaq məqsədi daşıyan Rusiyanın “Yars” qitələrarası raketinin buraxılışının uğursuz olduğunu bildiriblər. “Defence Express” yazır ki, buraxılışın izləri qeydə alınmayıb. Qeyd olunur ki, mayın 19-na keçən gecə Rusiya RS-24 Yars qitələrarası ballistik raketinin döyüş hazırlığı buraxılışını həyata keçirməyi planlaşdırırdı. Ancaq buraxılış baş tutmadı. Nəşr yazır: “Rusiya Federasiyası “Yarsı” buraxa bilmədi: hər şey onu göstərir ki, buraxılış sadəcə olaraq baş tutmayıb”. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, buraxılış sahəsi atipik olub - Sverdlovsk vilayətində, strateji raket qüvvələrinin 31-ci ordusunun 42-ci diviziyasının 433-cü alayının yerləşdiyi Svobodnı qəsəbəsi yaxınlığında.
Nijni Taqil şəhərinin yaxınlığını (cəmi 25 km) nəzərə alsaq, istənilən buraxılış yerli sakinlər tərəfindən kameraya çəkilməli idi. Ancaq bir dənə də olsun foto və ya video sübut ortaya çıxmayıb. Uzaq bölgələrdən də heç bir qeyd yoxdur. Xatırladaq ki, 2023-cü ildə də Rusiya Federasiyası iki dəfə "Yars" tipli raketləri uğurla buraxa bilməyib - raketlər kursdan çıxıb. Ehtimal var ki, bu dəfə də start-up mərhələsində anormal vəziyyət yaranıb. Bundan əlavə, 2024-cü il sentyabrın sonunda RS-28 Sarmat raketi Plesetsk kosmodromunda buraxılış silosunda partladı ki, bu da Rusiyanın strateji silahlarının etibarlılığına dair şübhələri daha da gücləndirir.
Surxay Əliyev