Daha bir ölkə Ukraynaya hərbi yardım göndərib. Söhbət Avstraliyadan gedir. Avstraliya hökuməti Ukraynaya 49 ədəd istifadə olunmuş "M1A1 Abrams" tankı göndərib. Bu barədə Avstraliya Baş naziri Entoni Albanese bəyanatla çıxış edib. Onun sözlərinə görə, Kanberra daha əvvəl bu texnikanı Kiyevə təhvil verməyi vəd etmişdi və artıq tanklar Ukraynaya yola salınıb. Baş nazir bildirib ki, bu yardım Ukraynanın müdafiə imkanlarını gücləndirməyə yönəlib.
Mətləb