Papa Leo ilk xarici səfərini Türkiyəyəyə edəcək

Böyük Britaniya vaxtı ilə səhər saat 9-da başlayan inauqurasiya mərasimində Papa Leo sələfi Fransisk kimi sadə bir mərasimə üstünlük verdi. İzdihamı qarşılayan yeni Papa gülləkeçirməz avtomobildənsə, ictimaiyyətlə birbaşa əlaqə saxlamağa imkan verən nəqliyyat vasitəsini seçdi. Mərasim zamanı Pyotr meydanında mühafizə ən yüksək səviyyədə təşkil edilmişdi. Mərasim xalqla inteqrasiya diqqət çəkib. Dünya liderləri mərasimdə iştirak ediblər Papa Leonun andiçmə mərasiminin beynəlxalq diplomatiya baxımından da böyük əhəmiyyəti var idi. Şahzadə Edvard Böyük Britaniyanı təmsil edərkən, Bukingem Sarayı Kral Çarlzın yoxluğunu şərh etməyib. Oxşar vəziyyət əvvəllər Papa Fransiskin dəfn mərasimində də yaşanmışdı. Mərasimdə Ukrayna prezidenti Vladimir Zelenski iştirak edib. Papa Leo andiçmə mərasimi zamanı bəzi liderlərlə ikitərəfli danışıqlar aparmağı planlaşdırır.Mərasimə ABŞ-dan Vitse Prezident Vens və həyat yoldaşı qatılıb. ABŞ-ı təmsil edən rəsmi nümayəndə heyətinə xarici işlər naziri Marko Rubio da daxildir. Mərasimin ən diqqət çəkən açıqlaması Papa Leonun xaricə ilk səfərinin Türkiyə olacağıyla bağlı olub.Papa Leonun Türkiyəyə bu tarixi səfəri şuranın 1700 illik yubileyinə xüsusi məna qatacaq.
Surxay Əliyev