İlk araşdırma - İmamoğluna səs verəcək AKP və MHP-çilərin rəyi...

ALF Research 1-10 may tarixləri arasında 3920 iştirakçı arasında keçirdiyi sorğunun nəticələrini ictimaiyyətlə bölüşüb. Araşdırmalar göstərib ki, həbs olunan İBB Bələdiyyə Başçısı Əkrəm İmamoğlu seçkidə birinci turda qalib gəlib. Anketdə İmamoğluna səs verəcəklərini bildirən AKP, MHP və YRP tərəfdarlarının nisbəti isə xüsusi diqqət çəkib. Sorğuda iştirakçılara "Prezident seçkiləri bu bazar günü olsaydı, hansı namizədə səs verərdiniz?" sualı verildi.
İMAMOĞLU BİRİNCİ TURDA QALİB OLDU
Türkiyənin Seçici Panoraması adlı araşdırmaya görə, həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu 50,5 faiz səslə birinci turda qalib gəlib. Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğana səs verəcəyini bildirənlərin nisbəti 39,8 faiz, qərarsız qalanların nisbəti isə 9,7 faiz olub.AKP seçicilərinin 13,4 faizi İmamoğlunu dəstəklədiyini, 11 faizi isə qərarsız olduğunu bildirib. Onların 75,6 faizi Ərdoğanı dəstəklədiyii bildirib. MHP seçicilərinin 26,6 faizi İmamoğluna səs verəcəyini bildirsə də, 9,8 faizi qərarsız olduğunu bildirib. MHP-li iştirakçıların 63,6 faizi Ərdoğana dəstək verib. YRP seçicilərinin 30,5 faizi İmamoğluna rəy verib. Qərarsız seçicilərin nisbəti 15,9 faiz; Ərdoğan deyənlərin nisbəti yüzdə 53,6 olub.
Surxay Əliyev