Kremldən Putinlə Tramp arasında telefon danışığına hazırlıq getdiyi bildirildi

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında Rusiya və ABŞ liderləri arasında telefon danışığının hazırlandığını təsdiqləyib. O, mayın 19-da Vladimir Putinlə telefonla danışmaq niyyətini açıqlayan ABŞ prezidenti Donald Trampın sözlərini şərh edərkən deyib: “Söhbət hazırlanır. Bundan əvvəl Tramp Truth Social sosial şəbəkəsində mayın 19-da saat 10:00-da (Moskva vaxtı ilə 17:00) Putinlə telefon danışığı aparacağını yazıb.. Tramp əlavə edib ki, Rusiya lideri ilə danışdıqdan sonra o, Vladimir Zelenski və NATO üzvü olan ölkələrin liderləri ilə də danışacaq. Putinlə Tramp arasında əvvəlki telefon danışığı martın 18-də olub. Mayın 16-da isə İstanbulda Rusiya ilə Ukrayna arasında danışıqlar aparılıb.
Surxay Əliyev