İran prezidenti Donald Trampın ziddiyyətli bəyanatlarından təəssüflənib

“Tasnim” agentliyi xəbər verir ki, İran prezidenti Məsud Pezeşkian İranın heç bir halda nüvə, hərbi və elmi nailiyyətlərindən əl çəkməyəcəyini bəyan edib. Şənbə günü İran donanmasının yer kürəsini dövrədən qayıtmasının ildönümü ilə bağlı keçirilən tədbirdə çıxış edən Pezeşkian vurğulayıb ki, İran hərbi əməliyyatlardan qorxmasa da, müharibə istəmir. Onun sözlərinə görə, İran həmişə dialoqun tərəfdarı olub və danışıqlara davam edəcək, lakin təhdid altında heç vaxt ayrılmaz hüquqlarından əl çəkməyəcək. "Biz hərbi, elm, nüvə və digər sahələrdə əldə etdiyimiz şanlı nailiyyətlərimizdən əl çəkməyəcəyik", - deyə İran prezidenti vurğulayıb. ABŞ prezidentinin ərəb ölkələrinə son turunu şərh edən Pezeşkian Donald Trampın ziddiyyətli mövqelərindən təəssüfləndiyini bildirib. “Tramp regionda özündən başqa heç kimin inanmayacağı bir sıra şərhlər verib. Bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə deyir ki, “bizim sülhü məhv edən alətlərimiz var” deyir. Biz onun hansı sözlərini qəbul etməliyik: “Sülh mesajını, yoxsa insanların məhvi mesajını?” – deyə İran prezidenti əlavə edib.
Surxay Əliyev