Cümə günü, 06 noyabr 2026
     

Diplomatik oyun: danışıqlara kim mane olur - Ukrayna, yoxsa Rusiya?

Image


Cəbhənin minlərlə kilometrliyində amansız müharibə davam edərkən, Rusiya ilə Ukrayna arasında da eyni dərəcədə gərgin diplomatik qarşıdurma yaşanır. Risklər böyükdür: hər iki tərəf Donald Trampı inandırmağa çalışır ki, sülhə mane olan qarşı tərəfdir. Danışıqların təfərrüatları ilə tanış olan mənbələrə görə, Vladimir Putin, prosesi ləngitmək qərarına gəlib. Son bir həftə ərzində o, sülh sazişi üzrə amerikalı müzakirəçilər ilə dialoqu dayandırıb və sonra öz təşəbbüsünü - özünün açıq şəkildə təkid etdiyi Türkiyədə Volodimir Zelenski ilə danışıqlara da tam məhəl qoymayıb. “The Financial Times” yazır ki, bu, Putin strategiyasının növbəti təsdiqi idi: Trampın qarşısında sülhməramlı görüntüsü yaratmaq üçün kifayət qədər prosesdə iştirak etmək, lakin real irəliləyişə imkan verməmək. Və indiyədək bu manevr Vaşinqton tərəfindən heç bir ciddi müqavimətlə qarşılaşmayıb. Ən təsirli şərh cümə axşamı danışıqların pozulmasına haqq qazandıran Donald Trampın özündən gəldi: “Putinlə mən şəxsən görüşənə qədər heç nə olmayacaq”. Bu sözlər isə Kremlə əsil hədiyyə idi. Putin uzun müddətdir ki, Vaşinqtonla özünə uyğun şərtlərlə münasibətləri bərpa etmək üçün Amerika lideri ilə şəxsi görüşməyə can atırdı. Kiyev üçün bu, onun ən pis qorxulu röyalarının davamı idi: Trampın Putinlə Ukraynadan yan keçən sövdələşməsinə dair.

Yüksək səviyyəli avropalı diplomatlardan biri FT-yə deyib: “Putin Trampı sülhə olan marağına inandırmaq və eyni zamanda irəliləyişin qarşısını almaq üçün hər şeyi edir”. Almaniyanın müdafiə naziri Boris Pistorius da oxşar fikirlər səsləndirərək, Putini İstanbula gəlməkdən imtina edərək “Amerika prezidentini yoldan çıxarmaq” cəhdində ittiham edib. “Əminəm ki, bu, Trampın xoşuna gəlməyəcək”, deyə Berlində jurnalistlərlə söhbətində bildirib. Hətta Trampın ətrafındakılar da Kremlin real danışıqlara girmək istəmədiyini görməyə başlayıblar. “The Financial Times” yazır ki, Rusiya rəsmiləri keçən cümə axşamı Trampın xüsusi elçisi Steve Vitkoff-a deyiblər ki, Putin Ukrayna və Aİ ilə hazırlanmış 22 bəndlik sülh planını müzakirə etmək istəmir. Ertəsi gün Amerika və Ukrayna rəsmiləri, o cümlədən Zelenskinin baş qərargah rəisi Andrey Yermak və müdafiə naziri Rustem Ömərov planı Vitkoff, dövlət katibi Marko Rubio (həmçinin milli təhlükəsizlik müşaviri vəzifəsində çalışır) və general Keyt Kelloqla müzakirə ediblər. Moskvanın imtinasından sonra Vitkoff Moskvaya Putinlə görüşə planlaşdırılan səfərini təxirə saldı - baxmayaraq ki, mənbələr səfərin heç vaxt yekunlaşmadığını deyirlər.
Avropa təzyiq edir, Kreml uzadır, Tramp tərəddüd edir
Həmin günlərdə Avropa liderləri səylərini artırdılar. Onlar Ukrayna ilə birlikdə 30 günlük qeyd-şərtsiz atəşkəs tələb edib və Kremli yeni sanksiyalarla hədələdilər. ABŞ da bu təşəbbüsü dəstəklədi. Buna cavab olaraq Putin alternativ təklif etdi: İstanbulda birbaşa Rusiya-Ukrayna danışıqları. Tramp da bu ideyanı dəstəklədi və Zelenskini danışıqlarda iştirak etməyə çağırdı. Ukrayna prezidenti razılaşdı və Putini şəxsən görüşə gəlməyə çağırdı. Amma Kreml İstanbula keçmiş mədəniyyət naziri Vladimir Medinskinin başçılıq etdiyi aşağı səviyyəli nümayəndə heyətini göndərdi. Cümə günü baş tutan görüş iki saatdan da az bir müddət çəkdi və heç bir əhəmiyyətli nəticə vermədən başa çatdı. Yeganə nailiyyət minlərlə məhbusun dəyişdirilməsinə dair razılaşma oldu. Avropalıların məyusluğu göz qabağında idi. Fransa prezidenti Emmanuel Makron dedi: "Son saatlar göstərdi ki, Rusiya atəşkəsdə maraqlı deyil. Avropa və ABŞ-ın səyləri olmadan bu, baş tutmayacaq". Böyük Britaniyanın Baş naziri Kir Starmer daha açıq danışdı: “Ukraynalılar və bütün Avropa Putinin təcavüzünün əvəzini artıq ödəyib – indi o, dünyanı tərk etməsinin əvəzini ödəməlidir”. Makron, Almaniya kansleri Fridrix Merz və Polşanın baş naziri Donald Tusk ilə birlikdə Starmer birgə belə bir bəyanat yaydı: Putinin mövqeyi “qəbuledilməzdir”. Dördü də Tramp və Zelenski ilə birgə telefon danışığı apardı. Starmer vurğuladı ki, Ukrayna məsələsində Avropa ölkələri ilə Tramp administrasiyası arasında “yüksək səviyyədə koordinasiya” olub. Lakin diplomatlar bu fikiri bölüşmür və vurğulayırlar ki, Avropanın ritorikası hələ yetərincə Amerika tərəfinin hərəkətlərində əks olunmur. AB xarici işlər naziri qeyd edib: “Bu, daşa düşən damcılar kimidir – ümid edirik ki, zaman keçdikcə Trampın mövqeyi dəyişəcək”. Hələlik Tramp administrasiyası münaqişənin hər iki tərəfindən məyus olduğunu ifadə edərək, Kremli birbaşa tənqid etməkdən yayınır və bəzən isə prosesdən tamamilə geri çəkilə biləcəyinə eyham vurur.
Dövlət katibi Marko Rubio deyib: "Biz sülhə nail olmaq üçün nə qədər lazımdırsa, davam etməyə hazırıq. Ancaq biz sonsuza qədər dünyanı gəzə və heç bir nəticə verməyəcək danışıqlarda iştirak edə bilmərik." Ukraynalı məmurlardan birinin dediyi kimi, bütün vəziyyət Zelenski və Putinin limitdə oynadığı, Trampın kart paylaşımı isə geosiyasi “qara oyunu” xatırladır. Putinə gəldikdə isə, o, əlavə edib ki, "onun çox güclü və təhlükəli kombinasiyası" var.

Surxay Əliyev



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 19:55
ABŞ İran-Hindistan ticarət əlaqələrini kəsir

06.11.2026 / 19:42
Prezidentin sosial media hesablarında Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb

06.11.2026 / 18:52
Ermənistan bu dəfə Azərbaycanın peyk dövlətinə çevrilir...

06.11.2026 / 18:33
Tokayev Bakı üzərindən İsrailə taxıl satmaq istəyir - Bakı-Ankara-Astana müstəvisində yeni proses...

06.11.2026 / 18:16
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv olundu...

06.11.2026 / 18:03
Prezident: "Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi"

06.11.2026 / 18:00
"Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər" - Prezident İlham Əliyev

06.11.2026 / 17:47
Qəribədir - neftin qiyməti düşür, Hörmüz boğazı açılır, ya Trampın məğlubiyyəti...

06.11.2026 / 17:18
Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob keçiriblər - VİDEO

06.11.2026 / 16:44
Mərkəzi Nəbatat Bağında “Təbiətin Dostları Festivalı” keçirildi

06.11.2026 / 15:45
Vitse-prezident Vens Trampın yanından istefa verəcək...

06.11.2026 / 15:07
Ermənistanda yaxın günlərdə səs-küylü həbslərin olacağı gözlənilir...

06.11.2026 / 14:43
Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA...

06.11.2026 / 14:35
Prezident və Birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:20
Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 14:06
İran ABŞ-ın Almaniya və İtaliyadakı bazalarını vuracaq - səbəb yenə Trampdan gəlir...

06.11.2026 / 13:54
“Artıq Ermənistanla heç bir təhlükəsizlik münasibətimiz yoxdur” - Peskov

06.11.2026 / 13:42
24 il əvvəl Neft Akademiyasında törədilmiş qətlin üstü açıldı

06.11.2026 / 13:39
Deputat onkoloji xəstəliklərin də müalicəsinin tibbi sığorta ilə qarşılanmasını təklif etdi...

06.11.2026 / 13:26
NATO rəhbəri seçki məğlubiyyətindən sonra Trampa çağırış etdi - ruhdan düşmə, irəli get...

06.11.2026 / 13:10
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

06.11.2026 / 12:54
Cəbrayılın Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:50
Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizminə aydınlıq gətirildi

06.11.2026 / 12:43
Prezident və Birinci xanım Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər - FOTO/YENİLƏNDİ

06.11.2026 / 12:31
Vergi borclarına möhlət verilməsi mexanizmi sadələşdirilir

06.11.2026 / 12:25
Ermənistan Türkiyənin 6 vilayətinə iddialarından əl çəkməyə hazırlaşır...

06.11.2026 / 12:10
Macarıstan Ukraynanın 2030-a qədər Avropa İttifaqına üzvlüyünü “qeyri-real“ hesab edir...

06.11.2026 / 12:05
Fələstin dəstəyə görə Azərbaycana təşəkkür etdi...

06.11.2026 / 11:54
Zəfər günü ilə bağlı Bakı, Sumqayıt, Gəncə və Naxçıvanda hərbi yürüşlər olacaq

06.11.2026 / 11:24
Tramp Ukrayna ilə bağlı böyük bir sülh sazişinin hazırlandığını elan etdi...

06.11.2026 / 11:10
KTMT gələn həftə Ermənistana qarşı qərar qəbul etməyə hazırlaşır – Rusiyadan açıqlama gəldi...

06.11.2026 / 10:37
Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? – Hakimdən açıqlama...

06.11.2026 / 10:14
AKP-nin sabiq sədr müavini Fatma Betül Sayan Kaya həbs edildi – fond qalmaqalı...

06.11.2026 / 09:56
Korsikalılar Makronun baş naziri qaşısında şərt qoydu - zəmanət verilmədən görüş olmayacaq...

06.11.2026 / 09:41
Efirin görünməyən qəhrəmanları, xalqın eşidilən və görünən yaddaşı

06.11.2026 / 09:35
Fatmayıda evdə partlayış - 2 nəfər xəsarət aldı

06.11.2026 / 09:12
Beynəlxalq axtarışda olan şəxs Almaniyada yaxalanaraq Azərbaycana gətirildi

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ