Erməni icması İsrailin ictimai televiziya kanalı Kan 11-də Eurovision şərhçisinin bəyanatından möhkəm inciyib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə “Save the ArQ” hərəkatı məlumat yayıb.Belə ki, “Eurovision”un erməni iştirakçısı Parqın çıxışından sonra müsabiqənin israilli şərhçisi, “Mən inana bilmirəm ki, biz bu uşaqlara Qüdsdə bütöv bir məhəlləni vermişik”-deyib. Yerusəlimdəki ermənilər şərhçinin bu sözlərini irqçi adlandırıblar və azərbaycanlılara da yaxşı tanış olan bu ifadələrlə öz etirazlarını bildiriblər:- "Müqəddəs Qüds şəhərinin erməni icmasının 1700 illik irsi belə ucuz təhqirlərə və revizionist şərhlərə dözmək fikrində deyil. SavetheArQ Qüds hərəkatı ictimai televiziya kanalında verilən biabırçı açıqlamalara qarşı öz qəzəb və kəskin qınağını bildirir”.Erməni SavetheArQ hərakatının bununla da ürəyi soyumayıb bəyan edib ki, Yerusəlimdəki Erməni məhəlləsi heç kimə “hədiyyə edilməyib”, bu məhəllə əsrlər boyu Qüdsdə həmişə mövcud olmuş,ermənilər tərəfindən tikilib və qorunub saxlanılıb. Hərəkat əlavə edib ki, şəhərin mənəvi və mədəni həyatına dəyərli töhfələr verən ermənilərin mövcudluğu bütün dünyada tanınır.Bir sözlə deyəsən ermənilər İsraildə ikinci “Artsax” tamaşasını səhnələşdirmək istəyirlər.
Surxay Əliyev