Putin Trampı Ukraynada sülhə nail olmaq üçün səy göstərdiyinə inandırmaq üçün hər şeyi edir, hətta bunun üçün o, heç bir yerə getməmək yolunu belə seçir.Financial Times yazır ki, Rusiya lideri Vladimir Putin ABŞ-ın sülh danışıqlarını ləngitməklə və onun özünün açıq şəkildə təşəbbüs etdiyi Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyəyə danışıqlara gəlməkdən imtina etməklə böyük riskə getdi. Lakin qəzet yazır ki, “Rusiya liderinin Ukraynadakı danışıqlardan imtina etməsi çox az müqavimətlə üzləşdi”. Bunun ən bariz əlaməti o oldu ki, ABŞ prezidenti Donald Tramp cümə axşamı İstanbul danışığında Rusiya liderinin yoxluğuna laqeyd yanaşmaqla yanaşı,eyni zamanda Rusiya-Ukrayna danışıqlarının bütün məqamını şübhə altına aldı: “Putinlə mən görüşməyənə qədər heç nə olmayacaq”. FT-nin qeyd etdiyi kimi, bu, çoxdan Trampla şəxsən görüşmək istəyən Putin üçün bir hədiyyə idi. Ukraynalılar üçün isə bu, onların ən pis qorxularını yenidən canlandırdı.Belə ki,Tramp onların başının üstündə Putinlə sövdələşməyə çalışacaq və Ukraynanı isə suya axıdacaq. “Putin Trampı Ukraynada sülhə nail olmaq üçün bütün səyləri göstərdiyinə inandırmaq üçün hər şeyi edir, eyni zamanda bunun heç bir yerə getməmək yolunu da seçir”, - Bunu yüksək səviyyəli avropalı diplomat deyib və əlavə edib ki, "Və Tramp bu tələyə düşdü." Nəşrin qeyd etdiyi kimi, Putinin sülh danışıqlarına getmək istəməməsi son günlər, hətta Tramp administrasiyasındakı buna şübhə ilə yanaşmağa meylli olanlara da artıq aydın görünür.
Surxay Əliyev