Bu barədə Ermənistanın News.am. nəşri xəbər verir.Bildirilir ki,sosial şəbəkələrdə Ermənistanın baş naziri Nikol Paşinyanın Avropa Siyasi Birliyinin 6-cı sammitində iştirak etmək üçün getdiyi Tirandan yeni görüntülər yayılıb. Videolardan birində Paşinyanın Azərbaycan prezidenti İlham Əliyevi qəhvə içməyə dəvət etməsi eşidilir, Əliyev isə ona belə cavab verir: “Mən orada olacağam, danışacaq bir məqam var”. Digər videoda isə Paşinyanın Fransa prezidentinin çətirini tutduğu görüntülənib.
Surxay Əliyev