Litva prezidentinin müşaviri Deividas Matulionis hesab edir ki, Rusiya əslində Ukrayna ilə sülh sazişi istəmir, əks halda Kreml rəhbəri Vladimir Putin özü bu həftə Türkiyədə baş tutmalı olan danışıqlarda iştirak edərdi. "European Pravda" yazır ki, o, bunu LRT-yə şərhində deyib. Müşavir əmindir ki,- “Rusiya həqiqətən də danışıqlara inansa və bunu istəsəydi, daha ciddi nümayəndə heyəti göndərərdi, bəlkə də Putin özü Zelenski ilə birbaşa danışıqlar aparardı”. “Zelenski Türkiyəyə getməyə hazır olduğunu çox açıq şəkildə bildirdi və o, getdi.Bununla o, prezident Trampa ona etibar edilə biləcəyini göstərdi. Matulionis onu da vurğulayıb ki, “normal sülh danışıqları” həmişə atəşkəslə başlayır. "Hazırda isə müharibə davam edir, bu, hər şeyi öz xeyrinə çevirmək cəhdidir, biz hələlik bu görüşün danışıqlarda müsbət nəticə verə biləcəyi perspektivini görmürük", - deyə Litva prezidentinin müşaviri yekunlaşdırıb
Surxay Əliyev