Ermənistanın keçmiş deputatı Miqran Akopyan qeyd edib ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Vladimir Zelenski haqqında dedikləri təkcə Zelenskiyə aid deyil, bu fikirlər o cümlədən Nikola da aiddir. Sabiq deputat soruşur: “Heç düşünmüsünüzmü ki, niyə 44 günlük müharibədən əvvəl Nikol Münhendə Əliyevlə ictimai müzakirəyə aparıldı, özü də ingiliscə? Məgər bilmirdilər ki, Nikoldan fərqli olaraq Əliyev yaxşı təhsil alıb, təcrübəli diplomat, dövlət xadimidir?
Həmin şounun təşkilatçıları məgər bilmirdilər ki, Nikol zəif təhsil alıb və onun bütün həyatı tabloid redaktoru olmaqla məhdudlaşıb? Onlar bunu bilirdilər, amma istəyirdilər ki, avropalı tamaşaçılar da bunu görsünlər və bilsinlər ki, Ermənistanın baş naziri kimdir, ermənilərin lideri kimdir.Çünki Avropa tamaşaçılarını inandırmaq lazım idi ki, bu, ermənilərin ləyaqəti və səviyyəsidir.
Surxay Əliyev