Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin Ermənistan Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi Artsrun Hovhannisyanın Stalinqrad döyüşü ilə bağlı qalmaqallı açıqlamaları ilə bağlı Ermənistanın müdafiə naziri Suren Papikyana açıq məktub ünvanlayıb.Məktubda deyilir: - "Erməni xalqı arasında Qələbə gününə dərin ehtiram fonunda Ermənistan Respublikası Müdafiə Nazirliyinin keçmiş rəsmi nümayəndəsi A.Hovhannisyanın bu müqəddəs tarixdə ölkənin əsas televiziya kanalı –İctimai Televiziyada səsləndirdiyi, faşist Almaniyasının təcavüzünə faktiki olaraq haqq qazandıran tarixən yalan və küfr xarakterli bəyanatlar səsləndirməsi geniş rezonans doğurub. Böyük Vətən Müharibəsinin komandiri, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, marşal Baqramyanın adını daşıyan Ermənistan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasının Komandir-qərargah İnstitutuna hazırda rəhbərlik edən şəxsin ağzından belə ifadələri eşitmək xüsusilə ağrılı idi”.
Yada salaq ki, Hovhannisyan İctimai Televiziyada əksinə faşist Almaniyasının Böyük Vətən Müharibəsində qələbəsinin Ermənistan üçün “daha faydalı” olacağını bildirmişdi. Hovhannisyana görə, Almaniyanın Qafqazı ələ keçirdikdən sonra erməni legionlarının iştirakı ilə Türkiyəyə hücumu nəzərdə tutulurdu.Lakin bu Gertruda əməliyyatının qarşısını məhz Stalinqrad döyüşü aldı. “Əgər bu baş versəydi, Ermənistan və Bolqarıstandan olan almanlar Türkiyəni işğal edib ələ keçirəcəkdilər və bu addım isə vahid tarixi Ermənistanın yaradılmasını nəzərdə tuturdu.
Surxay Əliyev