Rusiya Prezidenti Vladimir Putinin İsranbuldakı Ukrayna danışıqlarına qatılmaması, ABŞ və Avropa Birliyinə qarşı saymazyana addımlar atması ona qarşı sərt qərarların qəbuluna yol açıb. "Politico" nəşrinin yazdığına görə, Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı böyük rüsumların və hətta tam miqyaslı ticarət embarqosunun tətbiqi imkanını nəzərdən keçirir. Nəşrin yazdığına görə, yeni sərt tədbirlər mövzusu Albaniyada Avropa Siyasi Birliyinin iclasında müzakirə olunacaq.
Mətləb Salahov