Rusiyada yeni qadağa qüvvəyə minib. Rusiya Dövlət Duması ev və mənzillərdə saxlanılması qadağan olunan heyvanların siyahısını yeniləyib. Siyahıya zəhərli hörümçəklər, kobralar, pitonlar, tısbağalar, pələnglər, şirlər, çaqqallar və müxtəlif növ primatlar (meymunlar) daxildir. Rusiya mediasının yazdığına görə, siyahının yenidən nəzərdən keçirilməsinə səbəb son vaxtlar ekzotik heyvanların insanlara hücum etməsi hallarının artması olub.
Dövlət Dumasının Ekologiya, təbii ehtiyatlar və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Vladimir Burmatov “Qovorit Moskva” radiostansiyasına verdiyi açıqlamada bildirib ki, bu qadağa yalnız yeni qayda qüvvəyə mindikdən sonra alınan heyvanlara şamil ediləcək. Qanun qəbul olunmazdan əvvəl alınan və ya hədiyyə edilən heyvanlar müsadirə olunmayacaq.
Mətləb