"ABŞ "Hizbullah" hərəkatının bir sıra yüksək vəzifəli şəxsləri və onun maliyyələşdirilməsində iştirak edən şəxslərə qarşı sanksiyalar tətbiq edib." Bu barədə ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir.
Bildirilir ki, İran və Livanda yerləşən bu şəxslər "Hizbullah"ın rəhbərliyi ilə əməkdaşlıq edir və beynəlxalq donorlardan əhəmiyyətli vəsaitlərin köçürülməsinə şərait yaradırlar ki, bu da Hizbullahın maliyyələşdirilməsində mühüm rol oynayır. SİTAT: "Dövlət Departamenti əvvəllər "Hizbullah"ı beynəlxalq terror təşkilatları siyahısına daxil etdiyi üçün bu tədbirlər terrorizmlə mübarizə çərçivəsində həyata keçirilir. Tədbirlər Tramp administrasiyasının İrana və "Hizbullah" kimi ona yaxın təşkilatlara təzyiq etmək siyasətinə uyğundur”.
Mətləb Salahov