Rusiya-Ukrayna nümayəndə heyətlərinin İstanbulda görüşdüyü gün Ukrayna prezidenti Zelenski prezident Ərdoğanla görüşmək üçün Ankaraya gəlib. Zelenski prezident Ərdoğanla görüşündən öncə bildirib ki, Ukrayna atacağı addımlara Ərdoğanla görüşdən sonra qərar verəcək. Türkiyə vaxtı ilə saat 12:00 radələrində Ankaraya gələn Ukrayna Prezidenti Zelenski ilə Prezident Ərdoğanın Prezident Kompleksində görüşü başlayıb.
“UKRAYNA ATACAQ ADIMLARINA ƏRDOĞANLA GÖRÜŞDƏN SONRA QƏRAR VERƏCƏK” Digər tərəfdən, Reuters-ə danışan Ukrayna rəsmiləri Zelenskinin İstanbulda keçiriləcək danışıqlara qatılıb-qatılmayacağının prezident Ərdoğanla görüşündən sonra müəyyənləşəcəyini bildirib. Zelenski özü də hava limanında verdiyi açıqlamada "Ukrayna atacağı addımlara Ərdoğanla görüşdükdən sonra qərar verəcəyini bildirib. Və əlavə edib ki,Ukrayna Rusiya ilə danışıqlarla bağlı ABŞ heyəti ilə təmasdadır" GÖRÜŞDƏ HANSI MÖVZULAR MÜZAKİRƏ EDİLƏCƏK? Kommunikasiyalar direktoru Fahrettin Altun Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri öncəsi açıqlamalar verib. Altun açıqlamasında deyib: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğan bu gün ölkəmizə işgüzar səfəRdə olan Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya-Ukrayna müharibəsi kontekstində baş verən son hadisələri bütün aspektləri müzakirə edəcək. Səfər zamanı keçiriləcək ikitərəfli və nümayəndə heyətləri arası görüşlərdə dövlət başçımız ölkəmizin atəşkəs rejiminə yanaşmasını və gecikmədən sülh danışıqlarına başlayacağını vurğulayacaq. “Görüşlər zamanı ikitərəfli gündəliyimizdə diqqət çəkən məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq”.
Surrxay Əliyev