Türkiyə Prezidenti Ərdoğan Ankarada ukraynalı həmkarı Zelenski ilə görüşüb. Görüş Prezident Kompleksində mətbuat üçün qapalı rejimdə keçirilib.
Türkiyə Prezident Administrasiyası isə səhər saatlarında açıqlama yayaraq Ərdoğan və Zelenski arasındakı görüşü “Rusiya-Ukrayna müharibəsi kontekstində son hadisələrin hərtərəfli müzakirəsi üçün fürsət” adlandırıb.
"Türkiyə Prezidenti ukraynalı həmkarı ilə görüşdə dərhal atəşkəs və sülh danışıqlarının başlanmasının vacibliyi ilə bağlı mövqeyini vurğulayacaq”, -deyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsinin rəhbəri Fahreddin Altunun paylaşımında deyilir.
Qeyd edək ki, bu gün İstanbulda Dolmabahçe sarayında Rusiya və Ukrayna nümayəndələri arasında görüş gözlənilir.
ZÜMRÜD