İran ABŞ-la nüvə razılaşmasına hazırdır, lakin bir şərtlə...

İran iqtisadi sanksiyaların ləğvi müqabilində ABŞ prezidenti Donald Trampla nüvə sazişi imzalamağa hazırdır. Bu fikiri İranın ali dini liderinin baş müşaviri Əli Şəmxani NBC News-a müsahibəsində səsləndirib. Onun sözlərinə görə, İran öhdəlik götürür: heç vaxt nüvə silahı istehsal etməmək; silah kimi istifadə oluna bilən yüksək zənginləşdirilmiş uran ehtiyatlarından qurtulmaq; uranı yalnız mülki istifadə üçün lazım olan daha aşağı səviyyəyə qədər zənginləşdirməyə və beynəlxalq müfəttişlərə prosesə nəzarət etməyə icazə verməyə razılaşmaq. Bununla belə, o əlavə edib ki, bu addımlar bütün iqtisadi sanksiyaların dərhal ləğvi müqabilində həyata keçirilə bilər. Bu şərtlər yerinə yetirilərsə, İran bu gün sazişi imzalamağa razı olacaqmı sualına Şamxani müsbət cavab verib: “Bəli”.
Surxay Əliyev