Bazar günü günü, 08 noyabr 2026
     

Qərbi Afrikada hərbi çevrilişlərin pərdəarxası - qitədə böyük güclərin savaşı qızışır...

Image


İqtisadi böhranlar, siyasi qeyri-sabitlik və terror təşkilatlarının fəaliyyət meydanına çevrilən Qərbi Afrikada humanitar böhran getdikcə daha da dərinləşir. Digər tərəfdən 2020-ci ildən bəri Mali, Çad, Qvineya və Burkina Fasodakı hərbi çevrilişlərdən sonra bu dəfə Nigerdə hərbi çevriliş baş verib.

Nigerdə ​​2021-ci il seçkilərində qalib gələn prezident Məhəmməd Bazum iyulun 26-da baş vermiş çevriliş nəticəsində özlərini “Vətənin Müdafiəsi üzrə Milli Şura (CNSP)” adlandıran bir qrup əsgər tərəfindən devrilib. Çevrilişin arxasında 10 ilə yaxın Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışmış general Ömər Çiani dayanır. Niger ordusu isə təhlükəsizlik qüvvələrinin müxtəlif qolları arasında qan tökülməsinin qarşısını almaq və prezident Məhəmməd Bazumu və ailəsini qorumaq üçün çevriliş bəyannaməsini dəstəkləməyə qərar verdiklərini açıqlayıb.

Maraqlıdır ki, paytaxt Niameydə Rusiya bayrağı daşıyan çevrilişi dəstəkləyən bəzi fəallar “Rədd olsun Fransa” və “Xarici bazalar ölkədən çıxsın” sözləri yazılmış pankartlar qaldırıblar.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardner isə bildirir ki, Nigerdəki çevriliş Fransa və Qərb ölkələri üçün növbəti pis xəbərdir. Malidəki xuntanın Rusiyanın “Vaqner” qrupu ilə ortaqlığından sonra Fransanın Sahel bölgəsindəki əməliyyatlarını Nigerə köçürdüyünü xatırladan Qardner, çevrilişin 26 milyon əhalisi olan Qərbi Afrika ölkəsinin təhlükəsiz baza olmadığını göstərdiyini yazıb. O bildirir ki, “regionda Qərbin təsiri quraqlıq mövsümdə su hövzəsi kimi kiçilir”.

Ekspertlərin fikrincə, Qərbi Afrikada regional rejimlərin daha da zəifləməsində siyasi qeyri-sabitliklə yanaşı, qitədən kənar aktorların güc rəqabəti də ciddi rol oynayır. Digər tərəfdən dövlət çevrilişi və narkotik, silah və yanacaq qaçaqmalçılığı kimi qeyri-qanuni yollarla yüksək gəlir əldə edən silahlı təşkilatlara qarşı daxili qarışıqlıq kimi səbəblərdən dolayı ordularını kifayət qədər büdcə və təchizatla təmin edə bilmirlər.

Terror təşkilatı Əl-Qaidə və DEAŞ-a bağlı qruplar Çad gölü hövzəsi, Nigeriya, Mali, Niger və Burkina Faso ortaq sərhəd xəttində yüzlərlə insanın həyatını itirdiyi hücumlar həyata keçirir. Başda Nigeriya, Niger, Mali və Burkina Faso olmaqla, regionun 15 ölkəsində baş verən terror aktlarının artması səbəbindən təkcə yanvar-iyun ayları arasında 4600-ə yaxın insan həyatını itirib. Qərbi Afrikada ilin ilk 6 ayında 1800 terror aktı baş verib, 7 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.

ECOWAS-a üzv ölkələr 2022-ci ildə bölgədəki üsyançılara qarşı və çevriliş olacağı təqdirdə müdaxilə edəcək regional güc yaratmaq barədə razılığa gəlsələr də, hələlik çevrilişlərə qarşı təsirli tədbirlər görə bilməyiblər.

Keçmişdə müstəmləkəçi güclərin rəqabət mərkəzi olan Afrika qitəsi qlobal aktorların, xüsusən də Rusiya, Fransa və ABŞ-ın güc mübarizəsinə səhnə olmaqda davam edir.

Keçmiş müstəmləkələrində hökmranlığını qorumağa çalışan Fransa, Afrikada artan digər ölkələrin varlığından narahat olan ABŞ və hərbi əlaqələri ilə qitədəki hökmranlığını daha da dərinləşdirməyə çalışan Rusiya bu rəqabətdə fərqlənən ölkələr arasında liderdir...

Rusiya xammal ehtiyatları, enerji istehsalı və infrastruktur layihələrində üstünlük əldə etməyə çalışır. Rusiya bu addımlarla Afrikanın ümumi silah idxalının 35 faizini qarşılayır.

Rusiyanın Afrikadakı addımlarından narahatlığını ən çox büruzə verən ölkə isə qitənin keçmiş müstəmləkə güclərindən biri olan və hələ də Afrikada müxtəlif sahələrdə təsirini qoruyub saxlayan Fransadır. İş o yerə çatıb ki, “France24” televiziyası Afrika-Rusiya Sammitindən əvvəl Rusiyanın Afrikada dəstəklədiyi insanlarla bağlı yayımında iddia edib ki, ruslar panafrikanizm vasitəsilə Fransa əleyhinə müxalifəti gücləndirirlər.

Fransa keçmiş müstəmləkələrində təsirini saxlamağa çalışsa da, Rusiya “Vaqner”, “Patriot”, “Sewa Security Service” və “RSB” kimi Rusiyanın təhlükəsizlik şirkətləri ilə bölgədə təsirini artırmağa çalışır. Yerli qüvvələrə hərbi təlim keçən, liderləri yaxından mühafizə edən və enerji nöqtələrini qoruyan rus muzdluları bu xidmətlərin müqabilində ölkələrdə təbii sərvətlərdən istifadə etmək, silah, texnologiya və hərbi xidmət təmin etmək üçün müəyyən imtiyazlara və lisenziyalara malikdirlər.

“Vaqner” hazırda Mərkəzi Afrika Respublikası, Mali, Sudan, Mozambik və Madaqaskarda təlim və mühafizə fəaliyyəti ilə məşğuldur.

Malidəki siyasi qeyri-sabitliyi və Əl-Qaidə ilə əlaqəli qrupların fəaliyyətlərini bəhanə edərək 2013-cü ildə Serval əməliyyatına başlayan Fransa Mavritaniya, Çad, Niger və Burkina Fasoya əsgərlərini yerləşdirib, 2014-cü ildə isə Barkhane əməliyyatına başlayıb. Ancaq bu ölkələrdə təhlükəsizlik problemlərini həll edə bilməyən fransız əsgərləri ötən il Nigerə göndərilib.

Afrikada minlərlə əsgəri ilə fəaliyyət göstərməsinə baxmayaraq, etnik qarşıdurmaların, üsyanların və terror fəaliyyətlərinin qarşısını ala bilməyən Fransa ilə yanaşı, Rusiyanın da varlığı regional böhranı dərinləşdirir.

1980-ci illərdən etibarən "Afrika problemlərinə Afrika həlləri" strategiyası ilə siyasət aparan ABŞ, son illərdə qitədəki hərbi varlığını artırmağa başlayıb. Qitədə ən çox hərbi bazaya malik ölkələrdən biri olan ABŞ-ın Keniya, Niger, Burkina Faso, Kamerun, Mərkəzi Afrika Respublikası, Cibuti, Çad, Somali və Konqo Demokratik Respublikası kimi ölkələrdə daimi və müvəqqəti hərbi bazaları var.

Afrikadakı hərbi mövcudluğunu 2007-ci ildə qurulan ABŞ Afrika Komandanlığı (AFRICOM) altında birləşdirən ABŞ-ın Afrikadakı 54 ölkədən 50-də hərbi personalı var.

Soyuq Müharibə dövründən Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirən Çin isə Afrika ölkələri ilə iqtisadi əlaqələrini dərinləşdirir. Enerji təhlükəsizliyi üçün region ölkələri ilə əməkdaşlıq edən və istehsal etdiyi məhsullar üçün Afrikada bazar yaratmağı hədəfləyən Çin, Afrika ölkələrində təhlükəsizliklə bağlı problemlərdən uzaq duran bir siyasət həyata keçirir.

ABŞ-dan sonra Afrikada ən çox hərbi bazaya malik ölkə Fransadır. Fransanın Cibuti, Çad, Qabon, Fil Dişi Sahili, Niger və Seneqalda hərbi bazaları var. İngiltərənin Keniyada, Almaniyanın isə Nigerdə ​​hərbi bazaları var. İtaliya, Yaponiya, Çin, Səudiyyə Ərəbistanının Cibutidə, Birləşmiş Ərəb Əmirliklərinin isə Somalilandda hərbi bazaları var. Hindistanın isə Seyşel adalarında hərbi bazası mövcuddur. Rusiyanın qitədə hərbi bazası olmasa da, 6 ölkədə baza qurmağı planlaşdırdığı iddia edilir.

Ümumiyyətlə, Qərbi Afrika ölkələrində siyasi qeyri-sabitlik və qitədən kənar aktorların güc rəqabəti regional rejimlərin daha da zəifləməsinə, humanitar böhranın dərinləşməsinə səbəb olur. Qitədəki çevrilişlər də böyük güclərin pərdəarxası savaşı kimi dəyərləndirilir…

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

06.11.2026 / 22:06
"ABŞ İran hakimiyyətinin içində kadr planı qurub" - iddia və həqiqət...

06.11.2026 / 21:50
Rusiya Ermənistanda yeni ssenarinin tətbiqinə başlayır...

06.11.2026 / 21:35
Total kiber zərbələr Avropanı iflic etdi-12 təyyarə... İşdə ABŞ və Rusiya əli var" iddiası...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ