Bazar günü günü, 08 noyabr 2026
     

İranda rejimə qarşı xalq etirazları yenidən alovlandı…

Image


İranda ötən ilin sentyabrından başlayan, hələ də tam səngiməyən etiraz aksiyaları yenidən alovlana bilər. Buna səbəb aksiyalara səbəb olan əxlaq polisinin fəaliyyətinin yenidən bərpa olunmasıdır. İran rəsmiləri əxlaq polisinin yenidən küçələrə qayıdacağını və ölkədəki hicab qanunlarına riayət olunmasına nəzarət edəcəklərini bildirib.

Xatırladaq ki, ötən il 22 yaşlı Məhsa Amininin polis məntəqəsində öldürülməsindən sonra baş qaldıran ümummilli etirazların ardınca əxlaq polisi küçələrdən yığışdırılmışdı. Amini əxlaq polisi tərəfindən baş örtüyünü bir az açıq geyindiyinə görə saxlanılmışdı. İndi isə onun fəaliyyəti bərpa olunub. Məlumatı İranın Baş prokuroru Məhəmməd Cəfər Montəzeri də təsdiq edib. İran polisinin sözçüsü Səid Müntəzir əl-Mehdi deyib ki, patrullar ictimai yerlərdə “qeyri-adi geyim” geyinənlərə və “normaları pozmaqda israrlı” olanlara qarşı sərt tədbirlər görəcək. Halbuki, İranda çox sayda qadınlar Amininin ölümündən bəri məcburi hicaba etiraz ediblər. İndi eyni məzmunda aksiyaların yenidən başlanması gözlənilir.  FARAJA kimi tanınan İran polis qüvvələrinin sözçüsü Səid Müntəzir əl-Mehdi əxlaq polisinin guya ictimai tələb əsasında küçələrə qaytarıldığını bildirib. Rejimin qərarı sosial şəbəkələrin İran seqmentində etirazla qarşılanıb. Aktiv etirazların yenidən bərpası gözlənilir. Bu dəfə də hakimiyyətlə sərt qarşıdurma gözlənilir. Aminin ölümünün ardınca baş verən kütləvi etirazlar hökumətin sərt ölçüləri nəticəsində yatırılıb, yüzlərlə adam ölkənin təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb, həbs edilib və işgəncəyə məruz qalıb. Etirazlar 1979-cu il islam inqilabından bəri ölkənin dini isteblişmenti qarşısında ən böyük təhdid sayılıb. Bu ayın əvvəlindən isə İran hakimiyyəti ticarət və istirahət məkanlarına təzyiqləri artırıb, onlarla kafe, restoran və digər müəssisələri binalarında baş örtüyü qanunlarının pozulmasına görə bağlayıb. Tehran, İslamşəhr, Eştehard, Parand, Rəşt və Selmanşehr şəhərlərində də qapanmalar olub. Qeyd edək ki, İranda 1979-cu ildə Ruhulla Xomeyninin rəhbərliyi altında islamçı qüvvələrin hakimiyyətə gəlməsindən sonra qadınlara başıaçıq gəzmək qadağan olunub. Hicab konkret olaraq islam inqilabından iki il sonra, 1981-ci ildə 9 yaşdan yuxarı qadınlar və qızlar üçün məcburi elan edilib. Bunun doğurduğu etirazları hökumət sürətlə yatırdıb. Ancaq illər boyu bir çox qadın qaydanı, məmurların tətbiq etdiyi geyim kodeksini pozub. Son aksiyalar  fonunda bəzi din və dövlət xadimləri dəfələrlə hökumətin qanunu pozanlara qarşı daha sərt mövqeni dəstəkləyiblər, hətta tələblərə əməl etməyən qadınlara “yerində atəş” yanaşmasını təşviq edənlər olub.

İndi hesab edilir ki, ölkədə ağır sosial-iqtisadi durumla bağlı tədbirlər görmək əvəzinə əxlaq polisini yenidən meydana çıxarmaqla rejim diqqəti digər problemlərdən yayındırmağa çalışır. Təbrizin İran parlamentindəki millət vəkili Əhməd Əlirzabeygi də diqqəti buna yönəldir. O, son açıqlamalarında ölkədəki iqtisadi durumu tənqid edib.Vaxtilə Şərqi Azərbaycanın valisi olmuş Əlirezabeygi İbrahim Rəisi hökumətinin idarəçilik üsulları ilə bağlı tənqidi fikirlərini səsləndirib: “Hazırda ölkəmiz ağır enerji böhranı, xüsusilə də elektrik enerjisi böhranı içərisindədir”. İranın keçmiş prezidenti Mahmud Əhmədinejada yaxın olması ilə tanınan millət vəkili ölkənin enerji təchizatındakı problemlərinə toxunaraq deyib:  “Bizim bəzi durumlarda suyun təmininə belə imkanımız olmur və bu səbəbdən ölkəni problemlər bürüyüb”. Əhməd Əlirzabeygi ölkənin iqtisadi siyasətini tənqid edib və bunu dövlətyönümlü iqtisadiyyat adlandırıb. O bildirib ki, insanların ölkənin iqtisadi fəaliyyətində iştirakı, o cümlədən sənaye, su, elektrik və qaza investisiya etmək imkanı yoxdur. O, İranda hökumətin iqtisadi siyasətini ölkədən sərmayə axınının əsas səbəbi adlandırıb:  “Ölkənin iqtisadiyyatının vəziyyəti əsasən insanları bu sahəyə daxil olmaqdan çəkindirir və ya onlarda qorxu və güvənsizlik hissi yaradır. Bu günlərdə bəzi tribuna sahibləri ölkədə məişət və iqtisadi problemləri xalqın boynuna atırlar. Bu dostlar yanlış ünvan tərif edirlər, ölkənin resurslarından prioritetlər istiqamətində düzgün istifadə olunmursa, günah hökumətdədir”. Əlirzabeyginin bu şərhləri son zamanlar bəzi rəsmilər və məclis üzvləri tərəfindən irəli sürülən ölkədə xalqın “yüksək enerji istehlakı” iddiası və həmin şəxslərin qənaətə çağırışlarına cavab olaraq qiymətləndirilir. İsti yay mövsümün gəlməsi İranda elektrik və su təminatı və ümumiyyətlə, enerji sahəsində ciddi problemlərin yaranması ilə müşayiət olunur. “Hammihan” qəzeti İranın enerji infrastrukturunun vəziyyəti ilə bağlı məqaləsində benzin, qaz və elektrik enerjisini son illərdə ölkə üçün ciddi təhlükəsizlik problemi adlandırıb. Ekspertlər ölkənin son illər ərzində enerji sahəsində infrastrukturların yaradılmasında geridə qaldığını bildirir. Bu hal Cənubi Azərbaycanda da ciddi narazılıq yaradır. Güney Azərbaycanın Təbriz şəhərinin imam cüməsi Məhəmməd Əli Əl-Haşiminin açılamaları bu fonda xüsusi diqqət cəlb edir: “Biz Güney Azərbaycanın, o cümlədən Təbrizin əvvəlki əzəmətini qaytarmalıyıq və qaytaracağıq”. Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətini, milli qəhrəmanları, Azərbaycan tarixini və sivilizasiyasının əzəmətini dünyaya göstərib, yenidən tanıtmaq lazımdır. İmam cümə vurğulayıb ki, dövlət orqanlarının məmurları elm, ədəbiyyat, incəsənət, din və mədəniyyət xadimlərinə sağlığında qiymət vermək üçün bu məsələyə ciddi diqqət yetirməlidirlər. Qeyd edək ki, Əl-Haşim İranın ali rəhbəri ayətullah Əli Xamneinin Təbriz üzrə nümayəndəsidir. Mütəxəssislər bunu imam cümənin etirafı kimi qiymətləndirir. Çünki son 100 ilə yaxındır Təbriz əvvəlki nüfuzunu, mahiyyətini, qüdrətini itirməkdədir. Hakimiyyət daha çox farsdilli əyalətlərə, məsələn, Şiraz, İsfahan, Məşhədə diqqət ayırır. Bu isə tarixi "İpək yolu"nun üstündə yerləşən Təbrizin ikinci plana keçməsinə səbəb olub. İmam cümənin etirafı həm də Tehran hakimiyyəti üçün mesajdır və Güney Azərbaycana ögey münasibətdən narazılığın ifadəsidir.

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

08.11.2026 / 15:21
Ərdoğan Zəfər Günü münasibətilə paylaşım etdi

08.11.2026 / 15:15
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfərinə dair paylaşım edilib - VİDEO

08.11.2026 / 15:12
Azərbaycanın milli hərbi sənaye kompleksini hələ də görməzdən gələnlər var...

08.11.2026 / 14:55
Şuşada Prezident İlham Əliyevin Türkiyə Prezidenti ilə təkbətək görüşü keçirilir

08.11.2026 / 14:38
Ərdoğanın Şuşada rəsmi qarşılanma mərasimi keçirilib

08.11.2026 / 14:12
Azərbaycan Zəfərdən sonra bunu edə bilərdi, etmədi - dünya qədrimizi bildimi?..

08.11.2026 / 13:48
Ərdoğan təyyarəsi Füzuli Beynəlxalq Hava Limanına endi...

08.11.2026 / 13:15
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə təşəkkür etdi

08.11.2026 / 12:53
"Genişmiqyaslı islahatlar ordumuzu daha qüdrətli və yenilməz edir" - - Müdafiə naziri

08.11.2026 / 12:29
"Elə güclü olmalıyıq ki, Azərbaycana zərər vermək heç kimin ağlına belə gəlməsin!" - Prezident

08.11.2026 / 12:25
Prezident: "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik bugünkü dünyada az-az rast gəlinən mənzərədir"

08.11.2026 / 12:21
"Azərbaycan heç kimdən asılı olmayan güclü dövlətdir" - Prezident

08.11.2026 / 12:20
Prezident İlham Əliyev: "Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir"

08.11.2026 / 12:18
"Milli-mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür" - Prezident İlham Əliyev

08.11.2026 / 12:17
Prezident:" Bu gün hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar"

08.11.2026 / 12:15
"Xankəndidə binanın pəncərələrini açdım ki, şeytan ruhu oradan çəkilsin" - Prezident

08.11.2026 / 12:13
Prezident İlham Əliyev: "Xankəndidə də Zəfər Muzeyi olacaq"

08.11.2026 / 12:12
"Şuşanın işğaldan azad edilməsi İkinci Qarabağ müharibəsinin taleyini faktiki olaraq həll edib" - Prezident

08.11.2026 / 12:10
Prezident İlham Əliyev: "Bu gün biz azad Qarabağda qurub-yaradırıq"

08.11.2026 / 12:08
"Qələbəyə aparan əsas yol xalqımızın, əsgər və zabitlərimizin ürəyindən keçirdi" - Prezident

08.11.2026 / 12:07
Prezident İlham Əliyev: "Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində olmayıb"

08.11.2026 / 12:05
"Vətən müharibəsində Azərbaycan xalqı öz mənəvi keyfiyyətlərini bütün dünyaya nümayiş etdirdi" - Prezident

08.11.2026 / 12:04
"Vətən müharibəsində 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi" - Prezident

08.11.2026 / 12:02
Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - FOTO/VİDEO

08.11.2026 / 11:34
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

08.11.2026 / 11:26
Prezident Xankəndi şəhərindən Azərbaycan xalqına müraciət edəcək

08.11.2026 / 11:23
Müdafiə Nazirliyinin rəhbər heyəti Zəfər Günündə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsini yad edib - FOTO

08.11.2026 / 11:18
"8 Noyabr Azərbaycan xalqının cəsarətinin tarixi sübutudur" - Şahbaz Şərif

08.11.2026 / 10:58
Dövlət və hökumət rəsmiləri Zəfər abidəsini ziyarət edirlər - FOTO

08.11.2026 / 10:12
Zəfərin mübarək Azərbaycan - VİDEO

08.11.2026 / 09:35
Türkiyə XİN Azərbaycanı Zəfər Günü münasibətilə təbrik etdi - FOTO

08.11.2026 / 09:17
"Azərbaycan mediası 44 günlük Vətən müharibəsində qələbə əzminin qorunmasına mühüm töhfələr verib" - Mətbuat Şurası

08.11.2026 / 08:45
ABŞ demokratları Ukrayna üçün 15 milyardlıq yardım paketi hazırlayır

08.11.2026 / 08:21
Birinci vitse-prezident Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib

08.11.2026 / 07:38
Dövlət Komitəsi və Metropolitendən maraqlı Zəfər Günü aksiyası - “Zəfər arzuları”

08.11.2026 / 07:32
Azərbaycanın Zəfər bayramı Bratislavada qeyd olundu

08.11.2026 / 07:15
CNN Türk Bakıdan dünyaya ZƏFƏR mesajı verdi

08.11.2026 / 06:36
ABŞ Xəzəri də nəzarətə götürdü - İranın ticarət yolları tam qapanır

08.11.2026 / 00:10
Bu gün Azərbaycanda Zəfər Günüdür

08.11.2026 / 00:08
Şuşa şəhərinin işğaldan azad edilməsindən 6 il ötür...

07.11.2026 / 20:10
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Zəfər Günü ilə bağlı görüntülər paylaşılıb - VİDEO

07.11.2026 / 19:55
Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb

07.11.2026 / 19:24
XİN 8 Noyabr – Zəfər Günü ilə bağlı bəyanat yaydı

07.11.2026 / 19:15
8 Noyabr Zəfər Günü – Şanlı Tariximizin Və Sarsılmaz Dövlətçilik İradəmizin Zirvəsidir

07.11.2026 / 18:51
Şahbaz Şərif Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 18:40
ABŞ-ın ikinci adamının iki həftədir İranla danışıqlar apardığı ortaya çıxdı...

07.11.2026 / 18:23
Xarici siyasi-diplomatik dəstək, ya daxili faktorlar - Zəfərin kökündə müzakirə edilən məqamlar...

07.11.2026 / 17:51
Mədəniyyət ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevi təbrik ediblər

07.11.2026 / 17:30
ABŞ İranın nüvə proqramı ilə bağlı məlumat verənə mükafat vəd etdi - 20 milyon dollar...

07.11.2026 / 17:12
Leyla Əliyeva və Arzu Əliyeva “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində bayram şənliyində iştirak ediblər - FOTO

07.11.2026 / 16:45
"Mən inqilabın tərəfdarı deyiləm" - Lukaşenko 1917-ci il hadisələrinə qarşı…

07.11.2026 / 16:29
Şuşa döyüşlərinin hərb tarixi üçün özəlliklərini tam bilirikmi?

07.11.2026 / 16:11
İrandan ABŞ-a təhdid kimi xəbəradlıq - müharibə Avropaya da yayılacaq...

07.11.2026 / 15:53
Türkiyə ABŞ-ın təzyiqi ilə İran üzərindən Türkmənistan qazının idxalını dayandırdı...

07.11.2026 / 15:10
Bu gün general rütbəsi alan Vətən Müharibəsi Qəhrəmanı kimdir? - DOSYE

07.11.2026 / 14:38
Lima meriyasının tarixi binası Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırıldı - FOTO

07.11.2026 / 14:21
Ərdoğan Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

07.11.2026 / 14:07
Prezident İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - FOTO

07.11.2026 / 13:57
Hadrut döyüşləri böyük Zəfərə aparan yolun üstündə həlledici pillələrdən oldu ...

07.11.2026 / 13:39
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM

07.11.2026 / 13:25
"Bayrağımız milli qürurumuz, kimliyimizdir" - Vüqar Rəhimzadə

07.11.2026 / 13:14
Bu tarixdən Azərbaycanın “orta güc” dönəmi başlayır...

07.11.2026 / 13:03
Prezident Ağdam Sənaye Parkında metal məmulatları istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 12:45
Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışı oldu - FOTO

07.11.2026 / 12:38
Prezident İlham Əliyev Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub - FOTO

07.11.2026 / 12:02
Prezident Xankəndi Stadionunun açılışında iştirak edib - FOTO

07.11.2026 / 11:44
Media və Yayım Şurasının rəhbərliyi Çində 7-ci Dünya Media Sammitində iştirak edir - FOTO

07.11.2026 / 11:15
Prezident Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib - FOTO

07.11.2026 / 11:10
“Dəmir yumruqla yazılan Zəfər Səlnaməsi” - Əhliman Əmiraslanov yazır...

07.11.2026 / 11:05
Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışı oldu - FOTO

07.11.2026 / 10:53
Ukraynanın bütün ərazilərini geri ala bilməsi ehtimalı azdır - NATO-nun baş katibi

07.11.2026 / 10:44
EMİN MUSƏVİ- YARIM ƏSRLİK ÖMRÜN QAZANDIĞI ƏN BÖYÜK SƏRVƏT.

07.11.2026 / 10:31
Azərbaycan və Ukrayna uzunmüddətli qaz sazişi imzalamağa hazırlaşır...

07.11.2026 / 10:16
İğdırda Azərbaycanın Zəfər Günü qeyd olunub

07.11.2026 / 10:02
Azərbaycan tarixdə bir çox qalib ölkələrdən fərqli siyasətə baş vurdu...

07.11.2026 / 09:45
Prezident İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO

07.11.2026 / 09:39
Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub

07.11.2026 / 09:26
“Dəmir Yumruqdan Zəfərin Səsinə” adlı rəsm sərgisi keçirilib

07.11.2026 / 08:55
ABŞ, Azərbaycan və Ermənistan TRIPP üzrə texniki işlərə başlayıblar

06.11.2026 / 22:31
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib

06.11.2026 / 22:23
Gürcüstanla Avropa İttifaqının “savaşı” tarixdə ən ağır fazaya keçir...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ