17/02/2020 07:04
728 x 90

AQTA il ərzində nə qədər məhsulu “zay etdi”?

img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalar nəticəsində ən çox süd və süd məhsulları, həmçinin qənnadı məhsullarının istehsal tarixinin saxtalaşdırıldığı məlum olub. “Trend” bildirir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib.

Sədrin sözlərinə görə, monitorinqlər zamanı həmin məhsulların son istifadə tarixlərinə müdaxilələrin edildiyi aşkarlanıb:

"Son fakt kimi bunu qeyd edim ki, Yeni il bayramı ərəfəsində uşaqlar üçün nəzərdə tutulan karamel məhsullarının son istifadə müddətinin dəyişdirildiyi aşkarlanmışdı".

2019-cu il ərzində əhalinin qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi, baytarlıq və fitosanitar sahədə yoxlamalar və idxal-ixrac nəzarəti tədbirləri həyata keçirilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında bu barədə məlumat verib.

Bildirib ki, həyata keçirilən tədbirlər zamanı ümumilikdə 103703.4 ton və 99382 ədəd məhsul müxtəlif üsul və vasitələrlə zərərsizləşdirilib, 629.3 ton, 9734.9 litr və 152 ədəd məhsul məhv edilib, 33273 ton məhsul isə utilizasiya edilib.

Son xəbərlər