17/02/2020 07:13
728 x 90

BMU-nun elmi fəaliyyətinə həsr olunan tədbir keçirilib - FOTO

img

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektorluğunun təşkilatçılığı ilə 2019-cu ildə fakültələr üzrə elmi fəaliyyətin yekunlarına, həmçinin elmi resurs bazalarından effektiv istifadəyə həsr olunan tədbir keçirilib.

Elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov hesabatla çıxış edərək, cari ildə həyata keçirilən elmi-tədqiqat işləri, beynəlxalq və ümumrespublika səviyyəli elmi konfranslar, layihələr, eləcə də nüfuzlu beynəlxalq bazalarda indekslənən elmi jurnallarda dərc olunan məqalələr barədə məlumat verib. Qeyd olunub ki, BMU-da elmi fəaliyyət fakültələr, kafedralar, laboratoriyalar və digər elmi strukturların bazasında elmin müxtəlif sahələri üzrə fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi tədqiqatlar şəklində aparılır. Universitetdə elmi-tədqiqat fəaliyyəti tədris prosesinin ayrılmaz tərkib hissəsidir və elmi işlərin nəticələri professor-müəllim heyətinin vəzifələrə seçkisi, təyinatı zamanı nəzərə alınır.

E.Süleymanov ötən il BMU üzrə impakt faktorlu jurnallarda dərc edilən məqalələrin sayının son iki ildəki nəşrlərin cəmindən çox olduğunu diqqətə çatdırıb. O bildirib ki, Web of Science platfomasında 2017-ci ildə 8, 2018-ci ildə 18, 2019-cu ildə 30 olmaqla cəmi 56 nəşr və onlara 59 istinad qeyd edilib. Bu göstəricilərə görə BMU Azərbaycan universitetləri arasında öncül mövqedə qərarlaşıb.

Prorektor vurğulayıb ki, son dövrlər universitet əməkdaşlarının Renewable and Sustainable Energy Reviews (Web Of Science  İmpakt faktoru 11.239),  Journal Of Molecular Liquids İF 4.561, Environmental Science And Pollution Research İF 3.208, Applied Mathematical Modelling  3.112 kimi ən mötəbər elmi nəşrlərdə10-a yaxın məqalələrinin nəşr olunması böyük uğurdur. Bundan başqa, 2017-ci ildə elmi nəşrlərə görə mükafat alan BMU əməkdaşlarının sayı 7 nəfər idisə, 2019-cu ildə bu göstərici 30 nəfərə qədər artıb və onların əksəriyyəti gənc tədqiqatçılardır.

Sonra tədbirdə elmi fəaliyyətin daha da gücləndirilməsi üçün qarşıda duran vəzifələrdən danışılıb. Eyni zamanda, illik elmi fəaliyyətin nəticələri, innovasiya fəaliyyəti, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi, eləcə də elmi nəticələrin tədris prosesində və istehsalatda tətbiqi istiqamətində geniş müzakirələr aparılıb.

Daha sonra BMU-nun abunə olduğu elmmetrik bazalardan effektiv istifadə təlimi keçirilib.

Sonda elmi fəaliyyəti ilə fərqlənən əməkdaşlara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib. 

Son xəbərlər