01/04/2020 14:21
728 x 90

Yaxın Şərq və Asiya vətəndaşları saxta pasportla Azərbaycandan tranzit keçməklə Avropaya getməyə cəhd göstərirlər

img

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən vətəndaşların saxta pasport ilə ölkə ərazisindən tranzit keçməklə Avropaya getməyə cəhd halları qeydə alınır.

“Son bir ay ərzində dövlət sərhədindən buraxılış məntəqəsində 38 əcnəbi saxlanılıb. Dövlət sərhədinin pozulmasına cəhd hallarının təhlili göstərir ki, əsasən Yaxın Şərq və Asiya ölkələrinin vətəndaşları Avropa ölkələrinə məxsus saxta pasport və vizalardan istifadə edərək Azərbaycan ərazisindən tranzit keçməklə Avropa ölkələrinə getməyə cəhd göstərirlər”, - DSX-nin mətbuat xidməti məlumat verir.

Saxlanılanlar arasında 21 İran, 3 İraq, 3 Özbəkistan, 2 Hindistan, 2 Misir, 2 Pakistan, 2 Efiopiya, 1 Küveyt, Nigeriya və Nepal vətəndaşı var.

Son xəbərlər