Cümə günü, 13 noyabr 2026
     

Orta məktəb siniflərinə milli qəhrəmanların adlarının verilməsi...

Image


“İgid ölər, adı qalar” deyimi əsrlərdir xalqımızın cəsur, qorxmaz, qəhrəman oğullarına əbədi minnətdarlığı kimi yaşayır. Hər dövrün öz qəhrəmanları var və bu qəhrəmanlar xalqımızın yaddaşında yaşayır, adları nəsildən-nəsilə ötürülərək yaşadılır.

İyirminci yüzilliyin sonlarında ermənilərin torpaqlarımıza təcavüzü nəticəsində ana yurdunu düşməndən xilas etmək, Azərbaycanın ərazi bütövlüyünü qorumaq istəyilə yüzlərlə vətən oğlu silaha sarıldı, son damla qanına qədər döyüşdü, şəhidlik mərtəbəsinə ucaldı, qazi adı qazandı. 

Qarabağ savaşında misilsiz qəhrəmanlıq göstərən, şəhidlik və qazilik zirvəsinə yüksələn Azərbaycanın milli qəhrəmanlarının adı tariximizin səhifələrinə yazıldı. Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan, canını fəda edən hər bir vətən övladı xalqımız üçün misli olmayan bir dəyərdir. Xalqımızın qəhrəman oğullarını uşaqlara və gənc nəslə tanıtmaq, onların mübarizə yolunu təlqin etmək, şəhidlik irsini təbliğ etmək borcumuzdur. Qəhrəmanını tanımayan gəncliyin vətənpərvərlik tərbiyəsi tam olaraq formalaşa bilməz. Gənclərimizin öz qəhrəmanlarını tanıması ən ümdə məsələlərdən biridir. Qəhrəmanlıq özü bir məktəbdir ki, ondan örnək götürənlər vətənin sabahını qorumaq əzminə yiyələnirlər.

Uzun illərdir şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində böyük işlər görülür, onların adları küçələrə, meydanlara, təhsil ocaqlarına, ayrı-ayrı müəssisələrə verilir, heykəlləri, büstləri ucaldılır, yaşadıqları evlərə xatirə löhvələri vurulur. Əlbəttə, bu amil onların qəhrəmanlıq, şəhidlik irsinin təbliğində mühüm rol oynayır.

Şəhidlərimizin, “Milli Qəhrəman” fəxri adı, “Azərbaycan Bayrağı” ordeni və digər mükafatlarla təltif edilmiş qəhrəmanlarımızın adlarının vaxtilə oxuduqları orta məktəblərə verilməsi artıq bir ənənə halını alıb. Bu müsbət ənənə ölkəmizin hər yerində mövcuddur.

Bu gün daha bir maraqlı ideya irəli sürülüb. Artıq qəhrəmanların adlarının əbədiləşdirilməsinin digər bir variantı da meydana çıxıb. Milli qəhrəmanların adlarının orta məktəb siniflərinə verilməsi ideyası. Orta məktəb siniflərinə milli qəhrəmanların adlarının verilməsi sözsüz ki, gənc nəslin vətənpərvərlik tərbiyəsinin inkişafında mühüm rol oynayacaq. Böyük həyat, vətənpərvərlik məktəbi olan hər bir Milli Qəhrəman xalqımızın, dövlətimizin əbədiyaşar mənəvi sərvətidir.

  • Qiymət Məhərrəmli: “Milli qəhrəmanların adlarını daşıyacaq nümunəvi siniflər yaradılarsa, bu, şagirdlərin vətənpərvərlik hisslərinin formalaşmasında, milli mənlik şüurunun yetişməsində misilsiz rol oynayacaq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmlinin fikrincə, milli qəhrəmanların adlarının əbədiləşdirilməsi, onların gənc nəslə tanıdılması üçün məktəblərdə nümunəvi siniflər yaradılmalı və həmin siniflərə milli qəhrəmanların adları verilməlidir: “Milli qəhrəmanlarımızı kiçikdən böyüyə kimi hamı tanımalı və onların döyüş yolunu, qəhrəmanlıq salnaməsini bilməli, təbliğ etməlidir. Uşaqların, yeniyetmə və gənclərin milli qəhrəmanları yaxından tanıması çox vacibdir. Bilirik ki, bir çox məktəbə milli qəhrəmanların adları verilib. Amma bəzən o milli qəhrəmanlar lazımi səviyyədə təbliğ olunmur. Bu da bəzi orta məktəb rəhbərlərinin, xüsusən də tarix müəllimlərinin məktəblərdə ideoloji işi düzgün qura bilməməsinin nəticəsidir. Bilirsiniz, vətənpərvərlik yalnız beş-on dənə bu mövzuda şeir əzbərlətməklə təbliğ olunmur, o xüsusi şəkildə təbliğ olunmalıdır. Bəli, bu gün orta məktəblərdə xüsusi nümunəvi siniflər yaradılmalıdır və həmin siniflər milli qəhrəmanların adını daşımalıdır. Bu çox müsbət bir iş olardı. Düşünürəm ki, Təhsil Nazirliyi və əlaqədar qurumlar bu istiqamətdə addımlar atacaqlar. Milli qəhrəmanların adlarını daşıyacaq nümunəvi siniflər yaradılarsa, bu, şagirdlərin vətənpərvərlik hisslərinin formalaşmasında, milli mənlik şüurunun yetişməsində misilsiz rol oynayacaq. Bu həm də milli qəhrəmanlarımızın keçdiyi döyüş yolunun və şanlı şəhidlik irsinin təbliğində böyük effektə səbəb olacaq”.

Q.Məhərrəmli hesab edir ki, milli qəhrəmanların adını daşıyan siniflərdə təhsil alan şagirdlər bütün güclərini səfərbər edib qəhrəmanın adına layiq olmağa çalışacaqlar. O, həmçinin, deyir ki, bu işdə dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlar, valideyn icmaları da məktəblərə dəstək olmalıdırlar.  

  • Faiq Ələkbərli: “Siniflərə milli qəhrəmanların adlarının verilməsi...”

AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli isə “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, milli qəhrəmanların adları daha çox məktəblərə verilməlidir, nəinki siniflərə: “Milli qəhrəmanların adları daha çox məktəblərin özlərinə verilməlidir. Onların qəhrəmanlığı, şücaəti daha çox təbliğ olunmalıdır. Hesab edirəm ki, siniflərə milli qəhrəmanların adlarının verilməsi elə də münasib deyil, onların adları məktəblərdə əbədiləşdirilməlidir. Siniflərə isə “İgidliyə görə” medalı, eləcə də digər ad, orden və medalla təltif edilənlərin adları verilsə, daha məqsədəuyğun olar”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ