Cümə günü, 13 noyabr 2026
     

Ali Attestasiya Komissiyasından daha bir narazılıq - “övladım dövlət qulluqçusu olduğu üçün elmi təsdiqini ala bilmir”

Image


Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) keçən ilin dekabr ayının 13-də öz əsasnaməsinə etdiyi dəyişiklik elmi işinin müdafiəsini gözləyən 50-dən artıq doktorant və dissertantın narazılığına səbəb olub. Bildiyiniz kimi, iddiaçılar AAK-ın məlum qərarı ilə razılaşmırlar.

Qeyd edək ki, AAK-ın məlum qərarına görə, fəlsəfə doktoru elmi adı almaq üçün müzakirədən keçmiş dissertasiyalar yenidən ilkin müzakirəyə qaytarılmalı, seminardan keçənlər isə yenidən seminarda iştirak etməlidirlər.

Narazılar arasında elə insanlar da var ki, onlar elmi iş müdafiə edib fəlsəfə doktoru adı alsalar da, bunu təsdiq edən diplomu AAK-dan ala bilmirlər.

Nuru İmanov 2018-ci ildə müdafiə etməsinə baxmayaraq, AAK-ın yeni sədri ona diplomu vermək istəmir, səbəb kimi isə N.İmanovun dövlət qulluğunda işləməsini göstərir (?).

Redaksiyamıza AzTU-nun 4 saylı tələbə yataqxanasında məskunlaşmış zəngilanlı məcburi məcburi köçkün İmanov Tahir Nuru oğlu tərəfindən məktub daxil olub. N.İmanovun atası T.İmanov oğlunun alimlik diplomunu AAK-dan almasına yardımçı olmağımızı xahiş edir.

  • “...məcburi köçkün olaraq oğlumun o cür acınacaqlı şəraitdə, mərhum akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi altında zəhmətlə ərsəyə gətirdiyi fundamental elmi işi...”

“Mən, İmanov Tahir 1993-cü ildən Zəngilandan məcburi köçkün olaraq ailəmlə birgə AzTU-nun 4 saylı tələbə yataqxanasında (Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1) kommunal şəraitsiz birotaqlı mənzildə məskunlaşmışıq. Özüm Qarabağ müharibəsinin iştirakçısı olmuşam. Hazırda ağır xərçəng xəstəsiyəm. Həyat yoldaşım II qrup əlildir, işləmir. Sizə müraciətim oğlum Nuru İmanovla bağlıdır. 09.10.2019-cu il tarixdə oğlumun elmi işi ilə bağlı  Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin qəbulunda olmuşuq. Məni qəbul otağına buraxmasalar da, oğlum Famil müəllimin qəbuluna düşüb. Nuru elmi işi ilə bağlı məsələyə nə üçün baxılmadığını soruşduqda Famil müəllim bildirib ki, dövlət qulluğunda çalışdığına görə onun elmi işi ilə bağlı məsələyə baxılmayacaq. Buna əsas olaraq hər hansı bir şəxsin subyektiv qərarını göstərib. Onun dediyinə görə, elmi işi ilə bağlı məsələyə baxılması üçün Nuru aparıcı məsləhətçi olaraq ya işdən ayrılmalı, ya da pensiya yaşını gözləməlidir. Bəs bu adam harada işləməlidir? Çox təəssüf ki, bu kimi məqamları düşünən yoxdur... Bunları heç soruşan da olmayıb. Nuru buna cavab olaraq fikrini bildirib ki, həmin qərarla çoxdan tanışdır  və qərarda dövlət qulluğunda çalışan şəxsin elmi dərəcə alması üçün hər hansı bir qadağa yoxdur. Həmin qərar AAK-ın keçmiş sədri akademik A. Mehdiyevə aiddir. Qərarda göstərilir ki, dövlət qulluğundakı gərgin iş rejimi şəraitində elmi fəaliyyətlə məşğul olmağın mümkünsüzlüyü nəzərə alınaraq, dövlət qulluğunda çalışan şəxslərin elmi dərəcə almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılmaları məqsədəuyğun sayılmır. Göründüyü kimi, “məqsədəuyğun” sözü hər hansı bir qadağanı ehtiva etmir. Bir şeyi başa düşə bilmirəm, xalqa, dövlətə və dövlətçiliyə xidmət edən şəxsə AAK niyə belə əngəllər yaradır? Elmə maraq göstərən bir gəncə “məqsədəuyğun sayılmır” adı ilə belə maneələr yaratmaq kimə, yaxud nəyə lazımdır?!

Bu cür qeyri-obyektiv yanaşma ölkəmizdə gənclər sahəsində aparılan islahatlara tamamilə ziddir. İslahat adı ilə AAK vətəndaşları incidir. Mən özüm bunu qəbul zamanı da müşahidə etdim. Arxasız adam üçün Çin səddini keçmək AAK səddini keçməkdən daha asandır. Arxalı, səlahiyyətli şəxslər üçün AAK-dan diplom almaq su içmək kimi bir şeydir”.

T.İmanov yazır ki, bir vətəndaş kimi, AAK-ın oğluna münasibətindən narazıdır və bu qurumdan elmi işlə bağlı, yaxud digər aidiyyəti məsələ barədə bir söz soruşmaq üçün bir ay əvvəldən qəbula yazılmaq tələb olunur. Onun qeyd etdiyinə görə, 15.01.2020-cı il tarixdə özü AAK-ın rəhbərliyinin qəbulunda olub: “AAK sədrinə qəbul zamanı dedim ki, “məqsədəuyğun” sözü axı qadağan deyil, bizim kimi sıravi vətəndaşları niyə incidirsiniz, elə bizim kimilərə gələndə məqsədəuyğun olmur? Sədr bütün suallarımı ironiyalı gülüşlə qarşılayıb susurdu... Sonda isə oğluma heç bir kömək etməyəcəyini bildirdi. Mən də bildirdim ki, aidiyyəti qurumlara müntəzəm öz müraciətimi edəcəm, yəqin ki, bu məsələ nə vaxtsa ədalətli həllini tapacaq. Qeyd edim ki, oğlum AMEA-da təhsilini və elmi işini dövlət qulluğuna qəbul olunmazdan əvvəl tamamlayıb. 26 sentyabr 2018-ci ildə elmi işini müdafiə edib və müvafiq sənədləri AAK-a təqdim edib”.

“Dövlət qulluğu haqqında” Qanunun 19-cu maddəsindən sitat gətirən şikayətçinin qeyd etdiyinə görə,  qanunun sözügedən bəndində açıq-aşkar göstərilir ki, dövlət qulluqçusunun elmi və yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi ilə pedaqoji və başqa ödənişli fəaliyyətlə məşğul olmaq hüququ var. “Demək, hər hansı bir şəxsin subyektiv qərarına əsasən bu qanunun maddəsi pozulursa, o zaman bizim vətəndaş olaraq hüququmuz pozulur.

Bundan əlavə, Ali Qanunumuz - Konstitusiyamızın 51-ci maddəsində qeyd edilir ki, hər kəsin yaradıcılıq azadlığı var. Üstəgəl, bizim bu hüququmuz da pozulmuş olur. İstəməzdim ki, məcburi köçkün olaraq oğlumun o cür acınacaqlı şəraitdə, mərhum akademik Vasim Məmmədəliyevin elmi rəhbərliyi altında zəhmətlə ərsəyə gətirdiyi fundamental elmi işi hər hansı bir şəxsin subyektiv qərarının “qurbanı” olsun.

Hörmətli redaksiya heyəti, sizdən sıravi bir vətəndaş kimi çox xahiş edirəm ki, oğlum Nuru İmanovun elmi işi ilə bağlı məsələni səlahiyyətiniz çərçivəsində işıqlandırasınız. Sizə əvvəlcədən  dərin təşəkkürümü bildirirəm” - deyə qeyd edən T.İmanov bu fikirləri 12.02.2020-ci il tarixində redaksiyamıza ünvanladığı məktubda bildirir.

Qarşı tərəf müraciət edərsə, onların da mövqeyini işıqlandıra bilərik.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

12.11.2026 / 15:31
Ermənistanda konstitusiyaya qarşı müxalifət hərəkatınin yeni dalğası başlayır...

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ