Koronavirusun alovlandığı ərazidən gələn 12 nəfər Azərbaycanda xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır.
Bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə yaydığı məlumatda deyilir.
Qeyd edilir ki, fevralın 11-də koronavirus şübhəsi ilə Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlərdən 1 nəfər bu müəssisədə müalicəsini davam etdirir:
"Xəstəxanada qalan Azərbaycan vətəndaşıdır, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Bir daha qeyd edirik ki, bu adam Çinin koronavirus qeydə alınmayan şəhərində olub. Onun xəstə şəxslərlə kontaktı olmayıb.