“Azerfon” MMC ilə “BBTV Kommunikeyşn” MMC arasında bağlanmış müvafiq agent müqaviləsinə xitam verildiyindən, 15.02.2020-ci il tarixindən abunəçilərlə radio-televiziya kanallarının yayımlanması xidmətlərinin göstərilməsinə dair bağlanmış abunə müqavilələrində “Azerfon” MMC-nin təqdim etdiyi bütün xidmətlər birbaşa “BBTV Kommunikeyşn” MMC tərəfindən göstəriləcək. Kanalların siyahısı və paketin qiyməti dəyişməz olaraq qalır. Xidmətin dəyərinin ödənilməsi zamanı “Nar TV” loqosu əvəzinə “BBTV” loqosunu seçməyinizi xahiş edirik.