Bakıda evdə partlayış olub. Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu İlyas Əfəndiyev küçəsi 10 ünvanındakı mənzillərdən birində qeydə alınıb.
Ani qaz partlayışı nəticəsində mənzildə olan bir neçə nəfərin ağır xəsarət alıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Bölməsindən (TƏBİB) veilən məlumata görə, hadisədə 1 ailənin 4 üzvü yanıq xəsarətləri ilə 5 saylı şəhər xəstəxanasının yanıq şöbəsinə aparılıb. 1 nəfərə isə yerində ambulator yardım göstərilib.