Növbədənkənar parlament seçkilərinə 77 saylı Astara seçki dairəsindən namizəd Rəşad Mahmudov Astara şəhərinin seçiciləri ilə görüşdən sonra Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, deputatlığa namizəd seçiciləri ilə görüşdən aldığı təəssüratları və müsbət enerjini YAP rayon təşkilatının iqamətgahında Veteranlar və Qarabağ Müharibəsi Əlilləri ilə bölüşüb.
O, özünün "Facebook" hesabında bu barədə yazıb:
"Müharibə alovunu görmüş qəhrəmanlarımızın da ölkə rəhbərinə və lideri olduğu partiyanın namizədinə olan rəğbəti məni bir daha əmin etdi ki, seçkilərdə qələbəmiz labüddür".