Cümə günü, 13 noyabr 2026
     

İgid ömrü - FOTO

Image


Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası ilə “Bakı-xəbər” qəzetinin birgə layihəsi əsasında “Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından “İgid ömrü” adlı növbəti kitabın hazırlanmasına start verdik. Kitab Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmovun vətənpərvərlik nidalı həyat, döyüş, qəhrəmanlıq yollarından bəhs edəcək.

(İkinci yazı)

Füzuli: “Xəstəxanada qalmıram, ermənilər gecə kəndə hücum edər”

...Fiqurə xanımı dinləyirəm. İllərin, özündən ağır daşıdığı yüklərin taleyində buraxdığı silinməz izlər ömrünün orta yaşlarına gəlib çatmış bu qadının sifət cizgilərinə həkk olunub. Bir qədər mətinləşdirib də onu. Həmsöhbət olarkən düşünürsən ki, o özünü yeganə təmsilçisi olduğu ata ocağının davamçısı saymaqla, özəl həyatı ilə bərabər, həm də bu yükü ömrünün sonuna qədər çəkmək amacının çətinliklərini yaşayır. Amma xalqımızın, təbii ki, qədirbilən qisminin sayəsində Fiqurə xanım heç də tək-tənha deyil. Təki bu kəsimin sayında indikindən də artıq azalma getməsin... Gedərsə, bu artıq bizim bir millət kimi süqutumuzu yaxınlaşdırar. Ona görə də bu “itkilər”dən dolayı hamılıqla narahat olmalıyıq. Füzuli haqqında – Xocalı üçün hər şey etmiş, sonucda Xocalı və xocalılılardan ötrü canından keçmiş qəhrəmanın barəsində bir saat vaxt ayırıb danışmağa belə laqeyd yanaşmaları görəndə mənim yaşadığım dəhşəti Allah heç birinizə nəsib etməsin, əziz oxucular! Onların içərisində Xocalı dəhşətindən məhz Füzulinin sayəsində salamat çıxmış rəsmi və qeyri-rəsmi nə qədər xocalılı var!.. Əfsuslar olsun ki, insan bu qədər soyuqqanlı, bu qədər unutqan, bu qədər biganə də ola bilirmiş! Yalnız özünü və kreslosunu düşünənlərlə rastlaşmaq, dəftər-kitaba sığmayacaq “Füzuli miqyaslı bir fakt”a münasibət bildirməkdən qaçıb-yayınmaq...bu “əməlin” adını qoymağı sizlərin ixtiyarına buraxıram...

Fiqurə Rüstəmova: “Qaldıq ata-anasız, ana babamın himayəsində”

...Fiqurə xanımı dinləyirəm. Şəhid Milli Qəhrəmanın bacısını. Haqqımızı yeyib üstümüzə silah çəkən, torpaqlarımızda məskən salıb yurdlarımıza göz dikən, “yedikləri qaba tüpürən” ermənilərə qan udduran Füzuli Rüstəmovun dünyamızdakı yadigarını. Əvvəlcə tanışlıq üçün ailələri, ata-anası haqqında bilgiləndirir bizi:

- Mənim atamın ata-anası Naxçıvanda yaşayıb. Soy-kökümüzsə əslən Qərbi Azərbaycanın Dərələyəz mahalındandır. Ordan Naxçıvana köç ediblər. Atamla anam əmioğlu-əmiqızıdırlar. Anamın atası Kərim babam isə Naxçıvanda yox, Qarabağda – Tərtərin Hüsənli kəndində məskunlaşıb. Bu kənddə böyüyüb həddi-büluğa çatan anamı başqasına nişanlıyıbmışlar da. Ancaq atam anamı çox sevdiyindən onu elə nişanlı-nişanlı qaçırıb. Atamla anam evlənəndən sonra daha Naxçıvanda bənd olmayıb, köçüb gəliblər Kərim babamın yanına, Hüsənli kəndinə. Kərim babamsa bu yerdə çox hörmət-izzət sahibi imiş, kolxoz sədri vəzifəsinə qədər yüksəlmişdi. Kənddə heç kim onun sözündən çıxmazmış. Çünki hamı onu ədalətli adam, əsl ağsaqqal kimi tanıyırdı. Atamla anam burda yaşamağa başlayandan sonra əvvəlcə başqa bir qardaşım anadan olub. Sonra sizin indi haqqında məlumat topladığınız Füzuli doğulub. Biz ona bir neçə ad deyirdik: Zamin, Nizami, Füzuli. O isə (dərindən köks ötürür. Sonrakı söhbətlərimizdə bizə bəlli olacaq ki, Füzulinin döyüş yoldaşları, yaşıdları, dostları, hətta komandirləri belə onu rəsmi adı ilə deyil, bu adların hamısı ilə çağırırmış – N.Z.) bütün adları doğrulda-doğrulda, qiymətə mindirə-mindirə yaşayırdı. Füzulinin iki yaşı olanda böyük qardaşımız suda boğulub dünyasını dəyişmişdi. Bunu sizə “bir ailənin faciəsi” kimi danışıram. Babamın həyətində bapbalaca bir sulu çala var imiş. Uşaq gedib əlində bıçaq baxır ki, o suda bunun əksi görünür, ona yaxından baxmaq istəyəndə sürüşüb düşüb suyun içinə, elə orda da boğulub. Bu faciəli hadisə babam Kərim kişiyə çox pis təsir edib. Babam daha həmin evdə, həmin həyətdə yaşamaq istəməyib. Burdakı evi satıb köçüb gedib Kəlbəcərin Vəng kəndinə. Amma atamla anam biz iki uşaqla qalıblar Tərtərdə. Atam işləmək, pul qazanmaq üçün Rusiyaya gedib-gəlirmiş.

Bu zaman bizim evimizdə daha böyük faciə baş verir. Bir dəfə anamın atası Kəlbəcərdən gəlib Hüsənlidə qızının evinə baş çəkəndən sonra Ağdamda yaşayan başqa bir qızının evinə yollanır. Axşama qayıtmalıymış. Qayıda bilməyib. Anam səhər yuxudan hövlnak durur ki, atamı yuxuda pis görmüşəm, yəqin başında nə isə var, gedirəm ora, yəni Ağdama. Bu niyyətlə yolun kənarında maşın gözləyəndə Xankəndidən gələn, erməni sürücünün idarə etdiyi o vaxtkı “Alabaş” dediyimiz avtobus anamı vurur. Avtobusun “buynuzu” deyirdik, o çıxıntısı ilişir anamın paltarına onu xeyli sürüyür. Anamın həm ayağı qırılır, həm də qara ciyəri partlayır. Sən demə, babam artıq yoldaymış, gəlirmiş. Babam Ağdamdan qayıdıb bu kəndə çatanda xeyli adamın bir yerə toplaşdığını və “təcili yardım” maşınını görür. Cəld hadisə yerinə yaxınlaşanda görür ki, ölüm ayağında olan onun öz qızıdı. Götürüb aparır Tərtərin mərkəzindəki xəstəxanaya. Orda da babamı adlı-sanlı kişi kimi tanıyırmışlar. Həkim deyir, ay Kərim əmi, bunu burda saxlamağın faydası yoxdu, əlac qalmayıb, qara ciyəri partlayıb, aparın evinizə. Evə gətirən kimi anamız dünyasını dəyişdi. Anam elə bil ki, özünü atasına qurban verdi. Hələ ondan bir neçə ay əvvəl atası xəstələnəndə gedib Kəlbəcərin Vəng kəndində babamın çarpayısının başına fırlanmışdı ki, ilahi, canı canla dəyiş! Orda erməni həkim buna irad tutanda ki, sənin iyirmi beş, atanın əlli yaşı var, anam cavab vermişdi ki, mən atamsız yaşaya bilmərəm. Bu qəza ilə də elə bil Allah onu öz arzusuna çatdırmışdı, elin deyimi ilə yanaşsaq, “balası atasının qadasını aparmışdı”...

...Bir qədər keçdi, atam gəldi, gördü ailəsi belə bir vəziyyətdə dağılıb. Atam yenidən evlənsəydi də belə, babamgil bizi ona verməyəcəkdi. Deyirdilər qızımızın (anamın – N.Z.) iyini bizdən alırlar. Nə isə, atam yenə qayıtdı Rusiyaya. Bu zaman qardaşım Zamin birinci sinfə gedirdi, mən hələ məktəbli deyildim, üç yaşım vardı. Babam qardaşımı aparıb qoydu Şuşada internat evinə. Məni isə apardı Kəlbəcərə öz yanlarına. Sonra məktəb yaşına çatanda məni yenidən gətirib Tərtərin Hüsənli kəndində - xalamgildə qoydular ki, burda dərsə gedim. Yaxşı xatırlayıram, dedilər ki, anam radioda Fiqurə adlı bir həkimin olduğunu eşidibmiş, mənə onun adını qoyub və əhd edibmiş ki, mənə də həkimliyi oxutdursun. Babamla nənəm də, nəyin bahasına olursa-olsun, dünyadan nakam köçmüş anamın o arzusunu doğrultmaq istəmişdilər. Bunu ona görə deyirəm ki, mənim özlərindən uzaq bir yerdə qalaraq oxumağımı zərurətə çevirən səbəbin nə olduğunu biləsiniz. Bir il xalamgildə, bir il dayımgildə qaldım. Heç də belə xoş deyildi mənə atasız-anasız uşaq kimi onlarda qalmaq, amma babamı görəndə şikayətlənmirdim. Tərslikdən həmin il bizi bir bəla da ağuşuna aldı. Atam da Rusiyanın Həştərxan şəhərində rəhmətə getdi. Belə ki, o, qışda qarın üstündə yol getdiyi zaman görür bir qadın qışqırır. Sən demə buz qırılıb, qadının  uşağı düşübmüş buzun altına. Atam atlanır onu çıxarmağa, özü də orda batıb-boğulur. Əlqərəz, bu dəhşəti də biz körpələr yaşadıq. Onun da meyitini gətirib, apardılar Naxçıvanda atasının yanında dəfn elədilər. Qaldıq həm atasız, həm anasız, ana babamın himayəsində.

Ailə bir ocağa Xocalıda cəmləndi...

Bundan sonra Kərim kişi Kəlbəcərdən köçüb gəlir Xocalıya. Füzuli ilə Fiqurənin Xocalılı günləri – xocalılı taleyi də beləcə başlayır. Fiqurə bu zaman artıq ikinci sinifdə oxuyurmuş. Qardaşını da Şuşadan internatdan çıxarıb gətirirlər Xocalıya ki, burda birlikdə məktəbə getsinlər. Nəhayət, bir bacı, bir qardaşdan ibarət bu valideynsiz ailə vahid ocağın başına cəm ola bilir. Nisbətən qayğısız günlər, həm də bir yerdə ola bilməkləri onları çox sevindirir. Bu günlərin ömrü nə qədər olacaq idi, dəyərdimi Xocalıda sevinə-sevinə yaşamaqlarına?.. Çətinliklər doğrudanmı bitmiş, arxada qalmışdı?!. Hər halda, arzularla dolu gələcəyə inam hissi ilə bacı-qardaş Kərim babanın, Tamaşa nənənin, Səkinə xalanın himayəsində füsunkar, barlı-bərəkətli təbiətin qoynunda yerləşən kənddəki həyatlarını yaşamaqda davam edirlər. Kərim kişi nəvələrinin gələcəkdə sərbəst, rahat yaşayışını təmin etmək üçün onlara öz qonşuluğunda həyətyanı torpaq sahəsi də ayırtdırır:

- Füzuli səkkizinci sinifdə oxuyurdu. Babam öz qonşuluğunda bizim üçün həyət yeri götürdü ki, biz də orda ev tikək. Burda oxuduq, qardaşım 8-ci sinfi bitirdi, bir az sovxozda işlədi, sonra getdi Sovet əsgərliyinə. Moskva ətrafında qulluq elədi. Əsgərlikdən babamın üstünə vaxtaşırı tərifnamələr göndərirdilər ki, təşəkkür edirik belə bir uşaq böyütdüyünüzə görə. Mən də gəlib imtahan verdim qəbul üçün. İmtahanın birindən keçə bilmədim, qayıdıb mühasiblik oxudum. Sonradan müəllimlik ixtisası almışam. Qardaşım da əsgərlikdən sonra yenidən başladı sovxozda işləməyə. İşləyə-işləyə həyətində ağaclar əkdi, ev tikmək üçün bünövrə tökdü. İstəyirdi evini 1988-ci ilədək yekunlaşdırıb ailə qursun. İstəklisi vardı. Bərdədən qız istəyirdi. Amma alınmadı. 89-cu ildə babam rəhmətə getdi. Amma hələ 88-ci ildə kəndimizdə çalınan bir toya hücum eləmişdilər ermənilər, o zaman qardaşım da bu toyda olmuşdu. Kəndin cavanları ilə əllərinə ağac, dəyənək götürüb ermənilərin qabağına çıxmışdılar. Bunu ona görə deyirəm ki, hələ 88-ci ildən qarışıqlığın başlandığı hamıya aydın olsun. Baxmayaraq ki, biz orda yaşayırdıq, hələ bu dövrdən ara-sıra müəyyən toqquşmalar baş verirdi. Kənddə də silah yox idi. Olan silahları da yığmışdılar. Ancaq mənim babamın tir tüfəngi, mauzeri, beşaçılanı var idi. Füzuli bu silahları götürüb erməniləri tez-tez qorxudurdu. O vaxt əlinə silah alanı tuturdular. Babam da Füzulinin xasiyyətini bildiyindən, onun dinc dayanmayacağından ehtiyatlanıb aparıb silahlarını hasarın bir küncündə basdırıb gizlətmişdi. Buna baxmayaraq, Füzuli yenə silahları gizlində tapıb bir neçə dəfə dediyim kimi istifadə eləmişdi. Babam bunu biləndən sonra Ağcabədidə bir dostundan xahiş eləmişdi ki, aparıb silahları evində gizlətsin, yoxsa Füzulini hardasa bu silahlarla tutacaqlar. Silahla davranmağı da uşaqlıqdan öyrənmişdi, tez-tez ova gedirdi, dovşana, kəkliyə atırdı. Babamı ən çox əsəbiləşdirənsə onun hansısa erməninin üstünə silah çəkməyini eşitməyi olmuşdu.

Füzulinin cəsurluğu uşaqlıqdan ermənilərin diqqətini çəkir...

Füzulinin özünü qoçaq-qorxmaz göstərməyi, cəsurluğu hələ uşaqlıq çağlarından ermənilərin diqqətini cəlb edir. Yəqin onlar azərbaycanlıların diribaş cavanlarını, zirək uşaqları nəzarətdə saxlamağı planlaşdırırmışlar. Kİm bilir, bəlkə də bu “yuxarıdan” gələn göstəriş və ya gələcəkdə yaşanacaq olaylar zamanı özlərinə dəyə biləcək zərbə nöqtələrini neytrallaşdırmaq, yaxud tamamilə sıradan çıxarıb məhv etmək məqsədilə düşünülübmüş. Fiqurənin söylədiyinə görə, ermənilərin “diqqətinə” düşən azərbaycanlılardan biri də Füzuli olub. Həm də Füzuli məsələsinə daha “spesifik” yanaşırmışlar:

- İnanın ki, Zamin ad çıxarmağa başlayan kimi, hələ ermənilərlə münaqişə başlamamış Əsgəranın Ağacanyan soyadlı milis rəisi meşəbəyimiz Bayram adlı kəndlimizə demişdi ki, Kərim kişinin bir nəvəsi əmələ gəlib, onun qarşısını almaq üçün Əsgəranda xüsusi bir qala tikmək lazımdı. Bayram kişi soruşur niyə belə deyirsiniz? Ağacanyan cavab verir ki, o, silahla çox oynayır. Biz o zaman bu sözlərin nə demək olduğunu, Ağacanyanın narahatlığının arxasında hansı məkrli niyyətlərin dayandığını heç başa da düşməmişdik. Amma bu zaman artıq evlərdən tir tüfənglərini də yığmışdılar. Babam da ona görə narahat olub silahlarını Ağcabədiyə göndərdi. Bundan sonra o toya ki, ermənilər Xankəndindən tökülüşüb gəlmişdilər, Füzuli orda ağacla ermənilərin neçəsini döymüşdü. Bunu da topuğundan vurub yaralamışdılar. Onunla bərabər başqa yaralananlar da vardı. Yaralananları yığıb apardılar Ağdam xəstəxanasına. Orda yaralarını sarıdılar. O birilər yatıb qalmışdı xəstəxanada. Füzulisə gecəylə qayıdıb gəldi ki, nə danışırsız, mən qalmıram, ermənilər gecə vaxtı kəndimizə hücum edərlər. İndiki kimi xatırlayıram onun axsaya-axsaya necə gəldiyini...   

Bitib-tükənməyən Vətən sevgisi

...Bundan sonra Füzuli babasının silahlarının əldən çıxdığını gördüyündən, kustar üsulla əldəqayırma tüfənglər düzəltməyə başlayır. Bacısının sözlərinə görə, bu vaxtdan etibarən ermənilərin harda bir tikilisini görsə, gedib onu dağıdıb gəlirmiş. Bir sözlə, bu insanda vətənpərvərlik hissləri, namus, qeyrət təəssübü o dərəcədə güclü və tükənməz olub ki, onu bu yoldan nə həbsxana qorxusu, nə döyüş, nə yaralanmaq, hətta ölüm belə saxlaya bilmirmiş. Qarşıda döyüşçülərin, dostlarının dediklərini oxuyanda bunun əyani sübutlarının şahidlərinə çevriləcəksiniz. Hələliksə Fiqurə xanımla söhbətimizə davam edək.

- Ermənilər sizinlə bərabər Xocalıda yaşamırdılar?

- Xeyr, Xocalıda erməni yox idi. Ermənilər o ərazidə əvvəlcə ancaq Əsgəranda yaşayırdılar. Sonradan Həsənabad kəndini boşaltdılar, Həsənabada da yığıldılar.

- Onda Füzuli ermənilərə divan tutmaq üçün başqa yaşayış məskənlərini seçirdi...

- Əlbəttə. Məsələn, bizdən aralıda “Vosem-şestoy” deyilən yerdə ermənilər bir post qurmuşdular. Füzuli kəndlilərimizlə danışır ki, gedib o postu dağıdaq. Bunu onun dostları sizə daha yaxşı danışar. Nə isə. Gedib görürlər ki, bir budka qoyublar, o budkanı dağıdırlar, içində də nə varsa tökürlər çöllərə. Səs-küy düşüb, ermənilər də gəlib, o cümlədən bayaq dediyim rəis Ağacanyan da UAZ-la gəlib. Qardaşım da yaxşı idmançı idi, qaçış üzrə lap mahir idi. Girib şumluqla qaçıb ki, qoy mənim dalımca düşsünlər, uşaqları tuta bilməsinlər. UAZ-la onu tuta bilməmişdilər. Uşaqlardan ikisini tutmuşdular. Ondan sonra qardaşım dayanmışdı ki, onsuz da onlar məni satacaqlar. Əlində bıçaq var imiş, onlarsa əli tapançalı. Bununla belə, deyiblər əllərini qaldır, səni tutaq. Füzuli bıçağı da atıb demişdi hə, indi gəlin tutun. Yalnız bundan sonra qollarına qandal vurub aparmışdılar onu. Əsgəranda 7-8 gün o qədər döymüşdülər ki, bəlkə yoldaşlarının adını deyə. İnanın Allaha, o biri uşaqların heç birisini də satmamışdı. On beş gün Əsgəranda saxlayandan sonra Şuşaya göndərmişdilər. Şuşaya çatan kimi üz-gözü şişmiş, göyərmiş halda şəkil çəkdirmişdi. Demişdi ki, bu şəkli qoyun mənim şəxsi işimin içinə (təəssüf ki, Füzulinin nəinki üz-gözü şişmiş bu yaralı şəkli, bütün şəkilləri Xocalıda qalıb. Ona görə əldə olan, dostu Nazimin tapdığı yeganə şəklindən istifadə etməyə məcbur olublar bütün yazılarda, tədbirlərdə, hətta baş daşında da – N.Z.).

- Şuşada həbsdə yatırdı, yoxsa sadəcə istintaq üçün saxlanırdı?

- Yox. İstintaq müddəti, həbsinə qədər Şuşada üç ay saxladılar. Biz də gedirdik yanına, yemək-filan aparırdıq. Şuşaya da getmək çətinləşmişdi o zamanlar. Bizi rus hərbçiləri müşayiət edirdi. Üç aydan sonra gətirdilər Əsgərana məhkəməyə. Biz də getdik. Hərbi məhkəmə aparırdı işi. Xalamla məni babamın bacısı oğlu apardı Əsgərana. Məhkəmədə ermənilər bir-bir gəlib keçirdi, bir söz soruşanda isə cavab verə bilmirdilər. Biz də sakitcə oturmuşuq. Nə isə, yığdılar bizi içəri. Zaminə altı ay iş verdilər. Gedib həbsxanada yatıb qayıtdı. Gələn kimi yenə də başladı ermənilərə qan uddurmağa.

(Ardı var)

Nəzirməmməd ZÖHRABLI
Jurnalist-publisist



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ