Ədliyyə naziri Fikrət Məmmədov fevralın 5-də İsmayıllı rayonunda vətəndaşların qəbulunu keçiriləcək.
İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev prospekti 57) keçiriləcək qəbulda İsmayıllı, Qəbələ, Göyçay, Şamaxı, Oğuz və Ağdaş rayonlarında yaşayan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə idarəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 661-81-20), habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və [email protected] elektron poçt ünvanı vasitəsilə, eləcə də İsmayıllı şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Həmçinin, vətəndaşların rahatlığı üçün nazirliyin rəhbərliyinin qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.