Cümə günü, 13 noyabr 2026
     

Bakı Tekstil Fabriki Bakı Tikiş Evinin məktəbli forma monopoliyası ilə mübarizəyə başladı...

Image


 

Uzun illərdir geniş müzakirə predmetinə çevrilən məktəbli geyimləri mövzusu bu gün də öz aktuallığını qoruyub saxlayır. Məlum olduğu kimi, keçən il məktəbli formalarının hazırlanması üzrə Təhsil Nazirliyində işçi qrupu yaradılıb. İşçi qrupunun əsas vəzifələrindən biri yeni məktəbli geyimləri standartını yaratmaqdır.

İşçi qrupu həm də növbəti tədris ili üçün tamamilə yeni dizaynda, rəng çeşidində hazırlanacaq məktəbli formalarının keyfiyyəti ilə bağlı məsələyə nəzarət edəcək. Bildiyimiz kimi, son illər Təhsil Nazirliyinin qərarı ilə məktəbli geyimləri Bakı Tikiş Evinə həvalə edilib və bu işi sözügedən qurum həyata keçirir. Bakı Tikiş Evinin istehsal etdiyi məktəbli geyimlərinin keyfiyyəti barədə daim valideyn narazılıqları olub.

Yanvarın 31-də Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayevanın, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini və məsul katibinin, eləcə də Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun iştirakı ilə “Sputnik” Azərbaycan Multimedia Mətbuat Mərkəzində məktəbli geyimləri ilə bağlı tədbir keçirildi. Tədbirdə bildirildi ki, yeni məktəbli formasının hazırlanması ilə bağlı Təhsil Nazirliyində işçi qrupu yaradılıb və həmin işçi qrupuna Bakı Tikiş Evinin (BTE) modelyeri, eləcə də ictimaiyyət nümayəndələri daxil ediliblər. İşçi qrupunda məktəbli formasının ictimai müzakirəsi aparılıb. Bu gün həmin müzakirənin son mərhələsidir.

  • Səkinə Babayeva: “Təhsil Nazirliyinin yeni müasir məktəbli formalarının hazırlanması barədə qərarı alqışlanandır. Amma...”

Bakı Tekstil Fabrikinin rəhbəri S.Babayeva bildirdi ki, yalnız Bakı Tikiş Evinin deyil, rəhbərlik etdiyi fabrikin məktəblilər üçün tikdiyi çeşidli, rəngarəng formaların da məktəblərdə tətbiqinə geniş şərait yaradılmalıdır. S.Babayeva nəzərə çatdırdı ki, o, çoxnövlü məktəbli formalarının tikilişi ilə bağlı böyük təcrübəyə malik olduğundan, həmin işçi qrupunda təmsil olunmaq üçün dəfələrlə cəhd edib. Buna baxmayaraq, işçi qrupu ilə əlaqə yarada, öz təkliflərini təqdim edə bilməyib, bu səbəbdən də İctimai Şuraya üz tutub. İşçi qrupunun Bakı Tekstil Fabrikinin də geyim çeşidlərini nəzərə almalı olduğunu deyən S.Babayeva qeyd etdi ki, bununla bağlı Təhsil Nazirliyi yanında İctimai Şuraya müraciət edib. Onun sözlərinə görə, Bakı Tikiş Evi məktəbli formasını inhisarda saxlayır və başqa bir fabrikin bu sahəyə daxil olmasına maneçilik törədir.

S.Babayeva bildirdi ki, uzun illərdir məktəbli forması istehsal etmək təcrübəsinə malik olan Bakı Tekstil Fabriki də bu işə cəlb edilməlidir. “Siz qeyd etdiniz ki, bu gün məktəbli formalarının hazırlanması ilə bağlı aparılan ictimai müzakirənin son mərhələsidir. Amma mən ölkədə çoxnövlü məktəbli formasının tikilişi ilə bağlı böyük təcrübəyə malik bir fabrikin direktoru kimi yeni məktəbli formalarının hazırlanması üçün dizaynların və digər təkliflərin verilməsində iştirak etməmişəm. Baxmayaraq ki, buna dəfələrlə cəhd etmişəm. Amma həmin işçi qrupu ilə əlaqə yarada bilməmişəm. Sonra öyrəndim ki, işçi qrupunun ictimai müzakirəyə çıxardığı məktəbli formaları bizim illərdir tətbiq etdiyimiz, Şirvan və digər bölgələrdəki məktəblilərə tikdiyimiz formalardır. Əlimizdə bunu təsdiq edən sübutlar var. Buna baxmayaraq, hansısa maraqlar üzərindən bizim tətbiq etdiyimiz formaların plagiatının BTE tərəfindən yeni bir məktəbli forması modeli kimi təqdim edilməsinə göz yumulub” - deyə S.Babayeva vurğuladı. Onun fikrincə, Azərbaycan məktəblilərinin geyimlərinin gigiyenik tələblərə cavab verməsi, onların müasir və dünyəvi olması vacibdir. “Avropa və Asiyanın mərkəzində yaşadığımız üçün bizim övladlarımız daim inkişaf edir və daha gözəl geyim məhsulları geyməyə meyl edirlər. Uzun illərin təcrübəsi göstərdi ki, məktəbli təkcə məktəbi bəzəmir, həm də küçələrimizi bəzəyir, bu baxımdan onların geyimlərinin estetik gözəlliyi də vacibdir. “Made in Azərbaycan” brendinin inkişaf etməsi məktəblilərin yeni dizaynda formalar geyməsinə təsir göstərir. Biz ölkədə 1998-ci ildən başlayaraq məktəbli geyimlərinin inkişafını həyata keçirən ilk fabriklərdənik. Bizim fabrik məktəbli geyimlərinin çoxnövlüyünü təbliğ edən yeganə fabrikdir. Bizim 78 növdən, 296 çeşiddən artıq məhsulumuz var ki, biz bunları milli standartlara uyğun istehsal edirik.  Birnövçülük başqa bir şeydir, çoxnövlülük isə çoxçeşidlilikdir və burada standartların qorunması vacib amillərdən biridir”.  

S.Babayevanın qeyd etdiyinə görə, 1.800 min şagirdin məktəbə getdiyini nəzərə alsaq, onların məktəbli formaları ilə təmin edilməsi üçün 9 fabrik lazımdır. Onun sözlərinə görə, bəzi lisey və məktəblərdə rəhbərlik etdiyi şirkətin geyimlərindən istifadə olunur. “Biz öz çeşidli məhsullarımızı Təhsil Nazirliyi yanında İctimai Şuraya təqdim etmişik. Bu məktəbli geyim çeşidləri 10 ildir müxtəlif lisey və məktəblərin şagirdləri tərəfindən geyinilir. Bakı Tikiş Evi bir, Bakı Tekstil Fabriki isə çoxnövlük üzrə öz standartlarını təqdim edir. Çox arzu edərdim ki, məktəbli geyimləri üzrə yaradılan işçi qrupunda yalnız Bakı Tikiş Evi deyil, Bakı Tekstil Fabriki və digər fabriklərin də yeni dizaynlı məktəbli formalarına diqqət ayrılsın və onlar da nəzərdən keçirilsin” - deyə S.Babayeva bildirdi.

S.Babayevanın dediyinə görə, ən böyük narahatlığı isə məktəbli formalarının hazırlanmasının bir tikiş müəssisəsinə həvalə olunmasıdır: “Təhsil Nazirliyinin yeni müasir məktəbli formalarının hazırlanması barədə qərarı alqışlanandır. Amma çox təəssüf ki, bəzi maraqlı şəxslər məktəbli formasının tikilişini yenidən bir tikiş müəssisəsinin monopoliyasına vermək istəyirlər”.

  • Eyyub Hüseynov: “Şirkətlərin elan olunmuş standartlara uyğun formaları tikmək üçün səlahiyyətləri olmalıdır”

Sonra çıxış edən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məktəbli formalarının hazırlanması ilə bağlı aparılan ictimai müzakirənin şəffaf keçirilməli olduğunu söylədi: “İndi biz bilirik ki, belə bir ictimai müzakirə aparılıb. Məktəbli formalarının hazırlanması ilə bağlı məsələdə ictimai nəzarət təmin olunmalıdır. Bu işi bir tikiş müəssisəsinə həvalə etmək yolverilməzdir. Bu məsələ ilə bağlı yaradılan işçi qrupunda da şəffaflıq təmin edilməli idi. Bu qrupun yalnız bir tikiş müəssisəsinin təqdim etdiyi forma modellərini ictimai müzakirəyə çıxarması doğru deyil. Belə bir ictimai müzakirə aparılırdısa, bütün tikiş müəssisələrinə öz modellərini təqdim etmək üçün şərait yaradılmalı idi. Təhsil Nazirliyinin adı hazırda şagirdlərin geyindiyi məktəbli formalarında maraqlı tərəf kimi hallanır. Yenidən bunun təkrarlanmasına yol vermək olmaz. Məktəbli formaları yenidən bir müəssisə tərəfindən hazırlanacaqsa, burada sözsüz ki, istehlakçı hüququ pozulacaq. Həm formanın keyfiyyətində problem olacaq, həmçinin, qiymət diktəsinə gətirib çıxaracaq. İstehlakçılardan gələn məlumatlar Bakı Tikiş Evinin bazarda hökmran mövqe tutduğunu göstərir. Digər şirkətlər də uyğun məktəbli formaları tikməyə cəhd göstərirlər. Şirkətlərin elan olunmuş standartlara uyğun formaları tikmək üçün səlahiyyətləri olmalıdır. Bu, bazarda keyfiyyətin yüksəlməsi, qiymətin düşməsi ilə nəticələnə bilər. BTE-nin bazarda inhisarçı olaraq qalması bazar prinsiplərinə uyğun deyil. Digər fabriklər də bu formaların tikilməsi hüququna malik olmalıdırlar. Bu da reallıqdır ki, bəzi iş adamları xarici ölkələrdən keyfiyyətsiz parçalar gətirirlər. Bu parçalardan hazırlanan geyimlər insan sağlamlığı üçün təhlükəlidir”.

  • Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri: “Təhsil Nazirliyi də bəyan edib ki, məktəbli formalarının hansı tikiş müəssisəsi tərəfindən tikilməsi...”

Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndələri Nadir İsrafilov və İlqar Orucov  isə məsələnin şuranın diqqətində saxlanılacağını bildirdilər. N.İsrafilov bildirdi ki, Təhsil Nazirliyinin məktəbli formasının hazırlanmasında ictimai rəyi öyrənməsi müsbət haldır: “Bu məsələ Təhsil Nazirliyində müzakirə edildikdə bizim İctimai Şura yaranmamışdı. Bu gün “Sputnik” Azərbaycan Multimedia Mətbuat Mərkəzində belə bir tədbirin keçirilməsi ictimaiyyətin bu mövzuya diqqətini yenidən cəlb etdi. Biz də çalışacağıq ki, burada səsləndirilən fikirlərlə bağlı öz iclaslarımızda müzakirə aparaq. Təhsil Nazirliyi də bəyan edib ki, məktəbli formalarının hansı tikiş müəssisəsi tərəfindən tikilməsi onların səlahiyyətinə aid olan məsələ deyil. Amma, sözsüz ki, biz də onun tərəfdarıyıq ki, bu məsələdə şəffaflıq olsun. İşçi qrupu bir tikiş müəssisəsinin yox, bu işdə təcrübəsi olan digər müəssisələrin də təkliflərini qəbul etsin”.

İlqar Orucov isə məktəbli formalarının hazırlanması ilə bağlı müzakirələrdə şəffaflığın təmin olunmasının vacibliyini vurğuladı. O bildirdi ki, İctimai Şura bu məsələni müzakirə etdikdən sonra yekun rəy və təkliflər Təhsil nazirinin də diqqətinə çatdırılacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ