Bakı şəhər, Yasamal rayon sakini Hüseynova Güllü Mirhəsən qızı redaksiyamıza göndərdiyi məktubda bütün redaksiya əməkdaşlarımızın ən aktual sosial-iqtisadi və siyasi məsələlərlə bağlı təhlil və xəbərlərini yüksək qiymətləndirir, daimi oxucumuz olduğunu bildirir.
Hazırda təqaüddə olan keçmiş dövlət qulluqçusu xanım, eyni zamanda bütün bank işçilərinə, Mərkəzi Bankın prezidenti Elman Rüstəmov başda olmaqla, “Xalqbank”ın Neftçilər filialının direktoru R.M.Quliyev və onun bütün əməkdaşlarına təşəkkür edir. Xüsusi olaraq filialın şöbə rəisi Kəmalə xanım, Niyami müəllim, Fərid, Cəfər, Osmana nümunəvi işçilər olduqları, müştərilərlə yaxşı davrandıqları üçün minnətdarlıq edir.