Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir.
Şikayətçi sosial şəbəkə vasitəsilə başına gələn hadisəni yazaraq bildirib ki, restoranda yediyi pizzadan kauçuk çıxıb. Bununla bağlı restoranın məsul şəxslərinə iradını bildirsə də, hər hansı bir tədbir görülməyib.
“Özsüt" restoranlar şəbəkəsi daim təqdim etdiyi məhsulların və xidmətin keyfiyyətinin yüksək olması üzərində çalışır”
Hadisə ilə bağlı “Özsüt” restoranlar şəbəkəsi ilə əlaqə saxladıq. Adıçəkilən restorandan bizə verilən məlumatda bildirildi ki, "Özsüt" daim təqdim etdiyi məhsulların və xidmətin keyfiyyətinin yüksək olması üzərində çalışır: “Hər hansı kiçik anlaşılmazlıqlar və ya xoşagəlməz hadisələr zamanı dərhal araşdırmalar aparıb müştərilərə geridönüş edilir. Eyni şəkildə müştəri tərəfindən gələn şikayətə baxıldı, ilk öncə şöbə rəhbəri ilə əlaqəyə keçdik, iddiaların doğru olmadığını gördükdən sonra rəhbərlik səviyyəsində daxili araşdırmalara keçildi. Kameraların görüntülərinə baxıldı, informasiya toplandı. Xanımın bildirdiklərinin heç birinin doğru olmadığı aşkarlandı. Xanım pizzanın yarısından çoxunu yedikdən sonra ofisiantı çağırır və pizzanın üzərindəki qurumuş mazorella pendirinin (pizzanın bişərkən kənarında qalan hissəsindən) bir hissəsi olduğunu bildirir. Xanım pizzanı yeməyə davam edir. Sonda bir dilim qabda saxlanılır, xanım ödənişi edərək kənarlaşır. "Özsüt" olaraq xanıma geridönüş etdik, mülayim şəkildə məlumatı bildirdik".
Günel CƏLİLOVA