25/02/2020 12:42
728 x 90

Sənədsiz evlərin sənədləşdirilməsi üzrə Prezidentin tapşırığı necə icra olunur – Bakı “meriyasının” mövqeyi…

Bakı Şəhər İcra Hakimiyyəti: “Sənədsiz evlərlə bağlı işlər rayonlarda və mərkəzdə davam edir”

img

Azərbaycanda sənədsiz torpaq sahələrinin və evlərin dövlət reyestrinə daxil edilməsi problem olaraq qalır. İllərdir həlli mümkün olmayan məsələ sanki dalana dirənib. Ölkə başçısı İlham Əliyev bu problemin aradan qaldırılması məqsədilə zaman-zaman müxtəlif sərəncamlar imzalayıb və icrası üçün lazımi qurumlara göstərişlər verib.

Məlumat üçün bildirək ki, Bakı və onun ətrafında sənədləşmə aparılmadan tikilən fərdi evlərin sayı yüz minlərlədir. Xüsusilə 2000-ci illərdə Bakı ətrafında bəzi məlumatlara görə, 700 mindən yuxarı belə ev inşa olunub. Bundan əlavə, Bakı kəndlərində Sovet dövründən tikilmiş evlərin çoxunun da “kupça”sı yoxdur.

Hətta bu yaxınlarda Prezident İlham Əliyev həyət evlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında müvafiq qurumlara tapşırıqlar verdi.

Sənədsiz evlərin sənədləşməsi ilə bağlı vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

  • “Sənədləşmə işinin yekunlaşması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə məlumat daxil olmayıb”

Bakı Şəhər İcra Hakimiyyətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, sənədsiz evlərlə bağlı işlər rayonlarda və mərkəzdə davam edir: “Hələ ki, sənədləşmə işinin yekunlaşması ilə bağlı məlumat daxil olmayıb.

BŞİH-i söküləcək binalarla bağlı məlumat verib. Qeyd edilib ki, keçən il Nazirlər Kabinetinin qərarı ilə 17 bina sökülməli idi. Ünvanları da məlum idi. Demək olar ki, əksəriyyəti sökülüb. Vətəndaşlar da köçürülüb. Harada ki, bina tikiləcək ona uyğun danışıqlar aparılır. Bu il isə qəzalı binalarla bağlı qərar hələ verilməyib”.

Günel CƏLİLOVA

Son xəbərlər