Cümə günü, 13 noyabr 2026
     

Azərbaycan qorxulu “Çin virusu” ilə fövqəladə mübarizə rejiminə keçdi - YENİLƏNDİ

Image


Prezident İlham Əliyevin tapşırığına əsasən Nazirlər Kabinetində, Ümumdünya Səhiyyə Təşkilatının və Çin Xalq Respublikası hökumətinin elan etdiyi kimi, ÇXR-in Uhan şəhərində yayılmış və artıq dünyanın başqa regionlarında da qeydə alınmış koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsi üçün müşavirə keçirilib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətindən “Trend”ə verilən məlumata görə, Baş nazirin sədrlik etdiyi müşavirədə aidiyyəti dövlət qurumlarının rəhbərləri iştirak edib.

Müşavirədə epidemiyanın Azərbaycana daxil olmasının qarşısının alınması üçün müzakirələr aparılıb.

Müşavirənin yekununda belə hallar üçün nəzərdə tutulmuş aşağıdakı tədbirlərin görülməsi haqda qərar qəbul edilib:

- sərhəd-keçid məntəqələrində gücləndirilmiş iş rejiminə keçilməsi;

- ÇXR-dən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması;

- xüsusi risqli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi;

- səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması;

- virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması;

- vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi.

Əhalinin nəzərinə çatdırılır ki, ölkədə belə vəziyyətlərdə ehtiyacın yarana biləcəyi bütün tibbi ləvazimatlar kifayət qədərdir.

O da vurğulanıb ki, hazırda ölkəmizdə belə xəstəliyə yoluxma halları müşahidə olunmayıb, Azərbaycanda əhalinin sağlamlığı ilə bağlı vəziyyət dövlətin tam nəzarətindədir və narahatlıq üçün heç bir əsas yoxdur.

Müşavirədə Səhiyyə nazirinin rəhbərliyilə və aidiyyəti qurumların iştirakı ilə işçi qrupun yaradılması qərarı qəbul edilib.

Tədbirlərin görülməsində Ümumdünya Səhiyyə Təşkilatının müvafiq tövsiyələri nəzərə alınır, Azərbaycanın ÇXR-dəkı səfirliyi və ÇXR-in Azərbaycandakı səfirliyi ilə sıx əlaqə saxlanır. Habelə, Azərbaycanın Çindəki səfirliyi ÇXR-in dövlət qurumları və Çində olan Azərbaycan vətəndaşları ilə daimi təmasdadır.

Koronavirus 2019-nCoV virusuna qarşı həyata keçiriləcək əks-epidemik tədbirlərlə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) “İnfeksion xəstəliklərə nəzarət üzrə işçi qrupu”nun Dövlət Gömrük Komitəsinin rəhbər şəxsləri ilə birgə iclası keçirilib.

İclası giriş sözü ilə açan TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Çin Xalq Respublikasında 2019-cu ilin dekabr ayında yeni aşkar edilmiş Koronavirus 2019-nCoV virusuna qarşı respublikanın sərhəd-keçid məntəqələrində və müalicə müəssisələrində təcili olaraq yerinə yetirilməli infeksion nəzarət tədbirlərindən danışıb. İclasda sözügedən virusun dünyada və respublika səviyyəsində mövcud epidemioloji vəziyyəti barədə, virusun növləri, yayılma arealı, virusun xarici mühitdə davamlılığı, xəstəlikdən mövcud ölüm səviyyəsi barədə məlumat verilib.

Qeydə alına biləcək 2019-nCoV infeksiyasına qarşı əks-epidemik tədbirlərin Səhiyyə Nazirliyi ilə koordinasiyalı əməkdaşlıq şəraitində həyata keçirilməsi, respublikanın hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan yerli və əcnəbi vətəndaşların infeksiya barədə maarifləndirilməsi, hər bir sərhəd-keçid məntəqəsində ölkəyə daxil olan şəxslərin termal kameradan keçmələrinin təmin edilməsi, ÇXR-dən təyyarə ilə gələn sərnişinlərin isə məsafədən termometriya edilməsi, infeksiyaya şübhəli olan şəxslərin sərhəd-keçid məntəqələrinin karantin otaqlarında izolyasiya edilməsi, şübhəli hal barədə “103” təcili yardım xidmətinin məlumatlandırması, Bakı şəhərində yerləşən sərhəd-keçid məntəqələrində aşkar edilmiş şəxslərin həmin karantin otaqlarından “103” təcili yardım xidməti ilə daşınaraq xüsusi ayrılmış xəstəxanaların infeksion şöbələrinə yerləşdirilməsi, Respublikanın rayonlarında yerləşən sərhəd-keçid məntəqələrinə uyğun olaraq həmin rayonların Mərkəzi Rayon Xəstəxanalarının infeksion şöbələrində iki infeksion palatanın hazırlıq vəziyyətinə gətirilməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, tibb müəssisələrində sanitariya-gigiyena, əksepidemik rejimlərin tələblərinin yerinə yetirilməsi və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi işi gücləndirilib, kəskin respirator virus infeksiyasına şübhəli xəstələrin, xüsusən uşaqların və yaşlı əhalinin hospitalizasiyası üçün xüsusi palatalar ayrılıb.

  • Nəsib Quliyev: “Hesab edirəm, dövlət başçısının bu yöndə verdiyi tapşırıq ölkə vətəndaşlarının, eləcə də ölkəmizə gələn qonaqların təhlükəsizliyinin təmin olunması baxımından böyük dəyərə malikdir”

Bu müşavirənin keçirilməsinin koronavurus  epidemiyası ilə bağlı təhlükənin  qarşısının alınmasında əhəmiyyətli rol oynayacağını deyən professor Nəsib Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan dövləti hər zaman dünyada bu cür təhlükəli hallar baş verdikdə əvvəlcədən təhlükəsizlik tədbirləri görür. “Cənab Prezidentin tapşırığı ilə Nazirlər Kabinetində koronavirusla bağlı keçirilən müşavirənin əhəmiyyəti çox böyükdür və bunu yüksək qiymətləndirirəm. Hesab edirəm, dövlət başçısının bu yöndə verdiyi tapşırıq ölkə vətəndaşlarının, eləcə də ölkəmizə gələn qonaqların təhlükəsizliyinin təmin olunması baxımından böyük dəyərə malikdir.  Onu da deyim ki, bununla bağlı artıq Səhiyyə Nazirliyinə əmr imzalanıb. Dövlət gömrüyündə, sərhəd keçid məntəqələrində təhlükəsizlik tədbirləri görülüb və ölkəmizə daxil olanlar xüsusi müayinədən keçirilir. Çin Xalq Respublikasından ölkəmizə gələn insanlarla bağlı tədbirlər aparılır. Eyni zamanda ölkə daxilində də bu istiqamətdə işlər aparılır. Düşünürəm ki, bizim ölkədə ciddi təhlükəsizlik tədbirləri görüldüyü üçün bu təhlükəli epidemiya Azərbaycandan yan keçəcək. Prezdentin göstərişilə artıq qabaqlayıcı tədbirlər həyata keçirilir. İlk növbədə ölkəmizə gəlib-gedən adamların vastəsilə həmin təhlükəli virusun ölkəmizə gəlməsinin qarşısını almaq üçün tədbirlər görürük. Bizim ölkəmizdə koronavirus yoxdur. Sərhəd keçid məntəqlərində artıq “teplovizorlar”ın köməkliyi ilə cihazlar tətbiq olunur. Bilirsiz ki, artıq sərhəd keçid məntəqələrində, xəstəxanalarda gücləndirilmiş iş rejiminə keçilib və bütün səhiyyə sistemi, eləcə də bütün əlaqədar qurumlar bu yöndə səfərbər olunub” deyə professor bildirdi.

  • Qabil Hüseynli: “Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində həyata keçirməyə başladığı işlərin, qabaqlayıcı tədbirlərin əhəmiyyəti böyükdür”

Tanınmış politoloq, professor Qabil Hüseynli də hesab edir ki, Prezidentin müvafiq tapşıığı ilə keçirilən müşavirə koronavirusun ölkəmizə gəlməsinin qarşısının alınmasında əhəmiyyətli rola malikdir: “Bu çox təhlükəli bir virusdu. Hələ ki, dünyada onun nə peyvənd, nə də müalicə edilməsinin yolları tapılıb. Ən qorxulusu da odur ki, o, Çİndən digər ölkələrə də yayılır. Buna görə də, Azərbaycan dövlətinin koronavirusla mübarizə istiqamətində həyata keçirməyə başladığı işlərin, qabaqlayıcı tədbirlərin əhəmiyyəti böyükdür. Səhiyyə Nazirliyi bununla bağlı xüsusi əmr verib və bu əmrə uyğun olaraq Bakı şəhərində və rayonların mərkəzi xəstəxanalarında bu vurusa yoluxan xəstələrin müalicəsi üçün xüsusi palatalar ayrılıb, sərhəd keçid məntəqlərində gücləndirilmiş  iş rejiminə keçilib. Hesab edirəm ki, koronavirus Azərbaycana gəlməyəcək, çünki bizdə indidən güclü tədbirlər görülür. Dövlətin öz vətəndaşlarını belə vəziyyətlərdə qoruması onun əsas vəzfələrindən biridir və Azərbaycan dövləti də öz vəzifəsini yerinə yetirir” - deyə Q.Hüseynli vurğuladı.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

13.11.2026 / 00:37
Prezident İlham Əliyev Litva Prezidenti ilə görüşüb

13.11.2026 / 00:34
Leyla Əliyeva COP31 çərçivəsində şəhərlərdə havanın keyfiyyətinin yaxşılaşdırılmasına dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 00:25
Prezident İlham Əliyevin Antonio Koşta ilə görüşü olub - FOTO

13.11.2026 / 00:17
Prezident İlham Əliyev Dublində Rumıniya Prezidenti ilə görüşdü - FOTO

12.11.2026 / 23:08
Azərbaycanla Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalandı

12.11.2026 / 22:44
Əliyevin "Avropa Siyasi Birliyi" məkanında ikitərəfli görüşləri başladı - FOTO

12.11.2026 / 22:36
Sadiq Hüseynov tək mənim dayağım deyildi...

12.11.2026 / 22:10
Prezident İlham Əliyev Dublində Çexiyanın Baş naziri ilə görüşdü - FOTO

12.11.2026 / 22:01
Prezident İlham Əliyevin Dublində Yunanıstanın Baş naziri ilə görüşü olub - FOTO

12.11.2026 / 21:56
Əbu-Dabi görüşündən sonra Avropa Rusiya əleyhinə yeni sanksiya hazırlığına başladı...

12.11.2026 / 21:42
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Paşinyanla görüşdən görüntülər paylaşılıb

12.11.2026 / 21:39
Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

12.11.2026 / 21:25
İranla ABŞ razılaşdı, dünyanın hələ xəbəri yoxdur...

12.11.2026 / 21:10
Avropa Siyasi Birliyinin Azərbaycana ehtiyacı sürətlə artır...

12.11.2026 / 21:05
Leyla Əliyeva və Alyona Əliyeva COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışında iştirak ediblər - FOTO

12.11.2026 / 20:53
ABŞ-da ermənilərin dəstəklədiyi 64 demokratın 57-si Konqresə seçildi

12.11.2026 / 20:36
Qazaxıstanın Rusiyanı Türk Dövlətləri Təşkilatına yaxınlaşdırmaq istəyinin böyük təhlükələri üzə çıxır

12.11.2026 / 20:20
Şəkidə girov götürülmüş əsgərimiz sabiq prezidentlə qonşu kamerada saxlanılır...

12.11.2026 / 20:11
Prezident İlham Əliyevin Dublində Paşinyanla görüşü olub - FOTO/YENİLƏNDİ

12.11.2026 / 20:03
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - VİDEO

12.11.2026 / 19:56
İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

12.11.2026 / 19:44
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 19:38
GÖY MƏSCİDİN YADDAŞI: TARİXİ KİM QORUDU, KİMİN ADI ƏBƏDİLƏŞDİRİLDİ?

12.11.2026 / 19:32
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb

12.11.2026 / 19:10
İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

12.11.2026 / 18:50
Sənaye istehsalı nisbətən azalıb - Azad edilmiş rayonlarda parklar özünü doğrultmur?...

12.11.2026 / 18:21
Nazir Vilayət Eyvazov Gəncədə vətəndaşların müraciətlərini dinləyib və sıra baxışı keçirib - FOTO/VİDEO

12.11.2026 / 18:14
Öz peşəsinin vurğunu Elnarə Salahova... - Həkim-nevroluq Elnarə Salahova yuxu problemləri haqqında danışır

12.11.2026 / 18:11
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib - FOTO/YENİLƏNDİ

12.11.2026 / 18:10
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı, personal çıxarıldı - SƏBƏB...

12.11.2026 / 18:08
Prezidentlik üçün Rubionu dəstəkləyən respublikaçıların sayı artır - Politiko

12.11.2026 / 17:47
Akademik İsa Həbibbəyli yaradıcılığında memarlığa dair nəzəri fikirlər

12.11.2026 / 17:37
Putin Konstantinovkada mülki əhalinin təxliyəsi üçün beş gün vaxt istədi...

12.11.2026 / 17:30
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı

12.11.2026 / 17:26
Kallas Rusiyanın oğurlanmış uşaqları Ukraynaya qarşı döyüşməyə göndərdiyini ehtimal edir

12.11.2026 / 17:10
Putin Trampın elçiləri ilə görüşdə xəbərdarlıq etdi - Ukraynada xarici qoşunlar yerləşdirildə...

12.11.2026 / 16:57
Türkiyə, Pakistan və İraq İrana qarşı quru sərhəd blokadasına qarşı çıxdı

12.11.2026 / 16:48
Şəhər ekosistemlərində yaşıllaşdırma strategiyaları: Müasir landşaft memarlığı, ekoloji idarəetmə və şaquli yaşıllaşdırmanın tətbiqi perspektivləri

12.11.2026 / 16:41
Biznes qurumlarında qeyri-rəsmi "paket-maaş" sistemi hələ də işləyir...

12.11.2026 / 16:39
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib - FOTO

12.11.2026 / 16:22
Prezident İlham Əliyev Dublində Moldova Prezidenti ilə görüşüb - FOTO

12.11.2026 / 16:02
Ermənistanda müharibə çağırışları nə dərəcədə real təhlükə yaradır?

12.11.2026 / 15:49
Rusiya Əbu-Dabi görüşündə bu məsələni önə çıxarmaq istədi, alınmadı...

12.11.2026 / 15:37
Əli Əhmədovu Teymur Musayev əvəzləyəcək

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ