19/02/2020 16:36
728 x 90

BMU alimi Yusif Abdullayevin ixtirası ABŞ-da patent aldı...

img

Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri, dosent Yusif Abdullayevin ixtirası Amerika Birləşmiş Ştatlarında (ABŞ) patent alıb. Alimin “Əvəzedicilərin elektrokimyəvi reduksiyası üçün metodlar və sistemlər” adlı ixtirasına 9 yanvar 2020-ci il tarixində ABŞ-ın Patent və Əmtəə Nişanları Ofisi tərəfindən US 2020/0010964A1 nömrəli patent verilib.

Yeni ixtira karbon dioksidin elektrokimyəvi reduksiyasından bəhs edir. Karbon dioksidin tutulması və utilizasiyası, ətraf mühit problemlərinin həlli ilə yanaşı, neft-kimya məhsullarının yeni üsulla alınmasına da imkan verir.

Qeyd edək ki, son zamanlar atmosferdə karbon dioksidin miqdarının artması bir sıra problemlərə, o cümlədən qlobal istiləşməyə səbəb olur. Bunun qarşısını almaq məqsədilə dünyanın bir çox ölkələrində dövlət proqramları həyata keçirilir. 

Son xəbərlər