Sərxoş sürücü həm qaydanı pozdu, həm də sakinləri yol polisinin üstünə qaldırmağa çalışdı – mayor Elşad Hacıyev daha nələri açıqladı...

Sosial şəbəkələrdə Binəqədi rayonunda yol polisinin dislokasiya yerindən kənarda xidmət aparması ilə bağlı yayılan iddialar araşdırılıb. Bu barədə “Trend”ə Bakı şəhər Bakı şəhər Baş Polis İdarəsinin Mətbut Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, gecə saatlarında yol hərəkəti qaydalarının pozuntusu ilə müşaiyət olunan “Mersedes” markalı avtomobilə Binəqədi DYPŞ əməkdaşları “saxla” işarəsi veriblər:"Sürücü yol polisinin qanunu tələbinə əməl etməyib, rayonun Sulutəpə qəsəbəsi istiqamətində hərəkəti davam etdirib. Qanunvericiliyə uyğun olaraq avtomobil saxlanıb, sürücü E.İbrahimlinin sərxoş olması müəyyən edilib, o, İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunub, avtomobil mühafizə olunan duracağa qoyulub. O da müəyyən olunub ki, sürücü məsuliyyətdən yayınmaq üçün məhəllə sakinlərini DYP əməkdaşları ilə mübahisəyə təhrik edib. DYP əməkdaşları qətiyyət göstərərək, qanunvericiliyə uyğun olaraq öz vəzifələrini icra ediblər".