27/09/2020 02:25
728 x 90

Türkiyədə zəlzələ zonasından təxliyə olunmuş 100-dən çox Azərbaycan vətəndaşı Naxçıvana gəlib

img

Türkiyədə zəlzələ zonasından təxliyə olunmuş azərbaycanlı tələbələr bu gün səhər Naxçıvana gəliblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbiri xəbər verir.

Malatya və Elazığda təhsil alan tələbələri, eləcə də zəlzələnin baş verdiyi ərazidə yaşayan Azərbaycan vətəndaşlarını – ümumilikdə 100 nəfərdən çox şəxsi gətirən 3 avtobus Dilucu-Sədərək gömrük-buraxılış məntəqəsindən keçməklə Naxçıvan beynəlxalq aeroportuna çatıb.

Vətəndaşlar pulsuz qida, telefon bağlantısı və internetlə təmin olunublar. Onlar saat 13.30-da xüsusi reyslə Bakıya yola salınacaqlar.

Xatırladaq ki, prezident İlham Əliyev azərbaycanlı tələbələrin Türkiyədə zəlzələ zonasından təxliyəsi haqda tapşırıq verib.

Yanvarın 24-də axşam saatlarında Sivrice şəhərində (Elazığ vilayəti) 6,8 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələ İraq, Suriya və Livanda da hiss olunub.

Zəlzələ nəticəsində 22 nəfər həlak olub, 1030 nəfər xəsarət alıb. Azərbaycanın Türkiyədəki səfirliyinin məlumatına görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur

Son xəbərlər