Bazar günü günü, 27 sentyabr 2026
     

Bakının tarixi mərkəzini yaratmaq yolunda iş başladı - hansı rayonlar ləğv ediləcək...

Image


Bakının tarixi mərkəzinin yaradılması, bununla əlaqədar xüsusi rayonun təşkil edilməsi gündəmdədir. Bir ilə yaxındır ki, Prezident İlham Əliyev Bakının tarixi mərkəzinin yaradılması ilə bağlı aidiyyəti qurumlara xüsusi tapşırıq verib. Bir neçə ay keçməsinə baxmayaraq, hələ də bu istiqamətdə elə də böyük işlər görülməyib, təkliflər də yetərincə deyil.

Onu da qeyd edək ki, Memarlar İttifaqının rəhbərliyi Bakının tarixi mərkəzinin əsasən üç rayon ərazisində yaradılmasını təklif edirdi. İttifaqdan bildirirdilər ki, tarixi mərkəz, yeni yaradılacaq mərkəzi rayon Nərimanov, Nəsimi və Səbail rayonları ərazisində yaradılmalıdır.

“İçərişəhər" DTMQİ-nin idarə heyətinin sədri Əsgər Ələkbərov isə mətbuata bildirib ki, hazırda iki rayon üzərində müzakirələr gedir. O, həmçinin, “ötən ilin mart ayında Prezident İlham Əliyevlə mədəniyyət xadimlərinin görüşündə Bakıda mərkəzi rayonun yaradılması barədə təklif səslənib, bu istiqamətdə iş aparılır. Hazırda Romanın “Mərkəz 1” adlandırılan bələdiyyəsi ilə əməkdaşlıq sazişi barədə danışıq aparılır. Romanın mərkəzi bir bələdiyyədə cəmləşib. Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Memarlıq İttifaqı ilə hazırda Prezidentin tapşırığı istiqamətində iş aparılır. Yəqin ki, mərkəzi rayonun yaradılması ilə bağlı Səbail, Nəsimi kimi rayonlardan söhbət gedir. İçərişəhərə gəlincə, İçərişəhərin artıq xüsusi statusu var. 2005-ci ildən İçərişəhər qoruğunun öz administrasiyası yaradılıb. Bununla da İçərişəhər xüsusi böyük bir status qazanıb”.

Mütəxəssislər hesab edirlər ki, Bakının tarixi mərkəzinin yaradılması yalnız bir neçə arxeoloji və memarlıq abidəsinin mühafizəsinin təşkil edilməsi ilə məhdudlaşmır. Bakının tarixi mərkəzinin yaradılması üçün böyük bir layihə olmalıdır və proses bu layihə əsasında həyata keçirilməlidir.

  • “...artıq bununla bağlı ölkə başçısının mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir, ideyanı dəstəkləyir...”

Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Memarlar İttifaqının üzvü Rizvan Qarabağlı

hesab edir ki, Bakının tarixi mərkəzi rayonunun təşkil edilməsi üçün bütün əlaqədar qurumlar təkliflər verməli, xüsusi layihələr təqdim etməlidirlər. R.Qarabağlının sözlərinə görə, Bakının tarixi mərkəzinin sərhədlərinin müəyyən edilməsi üçün bütün detallar dəqiqliyi ilə nəzərə alınmalıdır. “Bakının mərkəzi rayonunun təşkil edilməsi müsbət haldır, amma gərək bunun üçün konkret layihə olsun ki, proses həmin layihəyə uyğun şəkildə getsin. Paytaxtın mərkəzində ayrıca bir tarixi rayon mərkəzinin yaradılması özü maraqlıdır. Bu, Nəsimi və Səbail rayonları ərazisində yaradılmalıdır, çünki mərkəzdə yalnız bu iki rayon yerləşib. Nərimanov rayonu isə kənardır, həm də burada elə də qədim abidələr yoxdur, burada əsasən yeni abidələr, yeni və nadir tikintilər var. Bu başqa məsələdir. Amma həm Nəsimi, həm də Səbail ərazisində orta əsr, eləcə də digər dövrlərə aid abidələr mövcuddur. Orta əsr abidələri əsasən İçərişəhərdə - Bakı qalasında yerləşir. Köhnə Səbail şəhəri də suyun içində qalıb. Hər iki rayonda abidələr çoxdur. Hətta kapitalist dövrü memarlığı da həmin ərazidədir. Yəni mərkəzi rayonun yaradılması, buradakı abidələrin mühafizəsi və s. məsələdən danışılırsa, hesab edirəm ki, Bakının tarixi mərkəzi Səbail və Nəsimi rayonları ərazisində yaradılsa, daha məqsədəuyğun olar. Hər bir abidənin mühafizə zonası olmalıdır. Ümumiyyətlə, Bakının tarixi mərkəzi yaradılacaqsa, gərək həmin əraziyə münasibət fərqli olsun. Bakının tarixi mərkəzinə aid  həmin ərazi xüsusi mühafizə olunmalıdır, oradan ağırtonnajlı maşınlar keçməməlidir, səs-küy olmamalıdır, orada toz-torpaq yaradan işlər aparılmamalıdır, hətta küləyin qarşısına belə xüsusi çəpərlər çəkilməlidir, külək ora çox daxil olmasın. Burada bütün parametrlər gözlənilməlidir. Bilirsiniz, Bakının mərkəzində yeni bir mərkəz yaradılır, artıq bununla bağlı ölkə başçısının mövqeyi var, o bu mərkəzin yaradılmasını istəyir, ideyanı dəstəkləyir, bütün əlaqədar qurumlar da öz profillərinə uyğun olaraq bu mərkəzin yaradılması ilə bağlı işlənəcək layihənin hazırlanmasında öz təklifləri, fikirləri ilə iştirak etməlidirlər. Müxtəlif qurumlar aktiv olmalıdırlar. Prezidentə bununla bağlı sərəncam verdiyi üçün təşəkkür edirik. Amma bu işin həyata keçirilməsində əsas rol oynayacaq qurumlar ortaya iş qoymalı, onlara tapşırılan işlə ciddi məşğul olmalıdırlar” - deyə bildirən R.Qarabağlı hesab edir ki, Bakının tarixi mərkəzi yaradılarkən abidələrin bərpası, mühafizəsi xüsusən nəzərə alınmalıdır. “Abidələri qorumurlar. Mədəniyyət Nazirliyində abidələrin qorunması ilə bağlı mövcud olan sistem özünü doğrultmur”.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

27.09.2026 / 13:24
Adı milyardlıq korrupsiya qalmaqalından keçən AKP sədrinin müavini istefa verdi

27.09.2026 / 12:15
Daxili İşlər Nazirliyinin şəxsi heyəti Zəfər parkını ziyarət etdi - FOTO

27.09.2026 / 12:06
Prezidentin sosial media hesablarında Birinci xanımla birlikdə Zəfər parkını ziyarətindən görüntülər paylaşılıb - VİDEO

27.09.2026 / 12:05
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı - FOTO

27.09.2026 / 11:36
Azərbaycan 2027-ci ildə BMT Forumuna ev sahibliyi etmək niyyətini açıqladı...

27.09.2026 / 11:07
Dövlət və hökumət rəsmiləri Bakıda Zəfər parkında olublar

27.09.2026 / 10:24
Prezident İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar - FOTO

27.09.2026 / 09:28
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yaydı

27.09.2026 / 08:30
Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib - FOTO

27.09.2026 / 02:03
AKP Türkiyəsində hazırkı anti-Azərbaycan kampaniyasını kim(lər) idarə edir…

27.09.2026 / 01:35
Azərbaycan XİN Anım Günü ilə bağlı bəyanat yaydı

27.09.2026 / 00:05
Azərbaycanda Anım Günüdür - Vətən müharibəsinin başlanmasından 6 il ötür...

27.09.2026 / 00:03
Prezident İlham Əliyev 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım etdi

26.09.2026 / 23:58
Rusiya Ukraynanın data-mərkəzlərini vurur - neft zavodlarının qisası alınır?...

26.09.2026 / 23:23
"Bu münasibətləri kənar qüvvələrin təxribatlarına qurban vermək olmaz" - Bəhruz Quliyev

26.09.2026 / 21:18
Zelenski Trampdan Rusiyaya qarşı "cəhənnəm sanksiyaları" tətbiq etməsini istədi...

26.09.2026 / 20:25
Latviyada NATO təlimləri zamanı İtaliya zirehli maşını başqa bir maşına atəş açdı – yaralılar var...

26.09.2026 / 19:53
Prezidentin sosial şəbəkə hesablarında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışından görüntülər paylaşılıb - VİDEO

26.09.2026 / 19:07
Polşa öz ərazisində yerləşdiriləcək hər bir əsgər üçün ABŞ-a ildə 15 min dollar təklif etdi...

26.09.2026 / 17:52
Azərbaycan üzərindən İrandan Rusiyaya qaz kəməri çəkilir...

26.09.2026 / 17:19
Corc Rassell Formula 1 Azərbaycan Qran-Prisinin qalibi oldu

26.09.2026 / 16:42
Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:19
Prezident İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşdü - FOTO

26.09.2026 / 16:17
Pezeşkian İranın 60 faiz zənginləşdirilmiş uranı yenidən "qarışdırmağa" hazır olduğunu bildirdi...

26.09.2026 / 15:56
Tramp Zelenskiyə Moskvaya get demədi, rədd cavabı da almadı...

26.09.2026 / 15:44
"Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə yönəlmiş əsassız iddialar narahatlıq doğurur" - Media və Yayım Şurası

26.09.2026 / 15:23
Prezident İlham Əliyev və Mehriban Əliyeva Formula 1-in əsas yarışına baxdılar - FOTO/YENİLƏNDİ

26.09.2026 / 14:56
Azərbaycan Ermənistan, və Gürcüstanın elektrik enerjisi sistemləri bir-birinə bağlanır...

26.09.2026 / 14:40
İnvestisiya Forumunda 10,8 milyard dollarlıq 23 sənəd imzalandı

26.09.2026 / 14:23
Ermənilərin 60 faizi AİB və AB arasında seçimlə bağlı referendumun keçirilməsini dəstəklədi – SORĞU...

26.09.2026 / 14:08
Ruslara daha bir ölkəyə qarşı xüsusi əməliyyat keçirməyi planlaşdırır...

26.09.2026 / 13:50
Prezidentin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - VİDEO

26.09.2026 / 13:24
MM komissiyası Türkiyə ərazisindən aparılan informasiya kampaniyası ilə bağlı bəyanat yaydı

26.09.2026 / 13:15
ABŞ senatorları Trampı Putinə G20 sammitinə dəvəti ləğv etməyə çağırdı...

26.09.2026 / 12:43
Kreml Türkiyənin Qara dənizdə təhlükəsizlik müzakirəsi təklifindən imtina etdi…

26.09.2026 / 12:12
Laçında traktor minaya düşdü

26.09.2026 / 12:06
“Minkənd” Kiçik Su Elektrik Stansiyasının açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyuldu

26.09.2026 / 12:01
Cənubi Qafqazda yeni siyasi gündəm yaradan Vətən Müharibəsi - TƏHLİL

26.09.2026 / 11:50
Şahin Mustafayev Aleksandr Novakla görüşdü

26.09.2026 / 11:37
“Sea Breeze” artıq beynəlxalq investorlar üçün cəlbedici məkana çevrilib" - Emin Ağalarov

26.09.2026 / 11:18
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

26.09.2026 / 10:57
Lavrov BMT Baş katibinə "Hesabat" təqdim etdi... Maraqlıdır…

26.09.2026 / 10:54
Tramp Çin liderindən İrana yardımı dayandırmağı tələb etdi

26.09.2026 / 10:33
"ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür" - Prezident

26.09.2026 / 10:15
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqladı

26.09.2026 / 10:15
"Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim" - “Global Infrastructure Partners”in təsisçisi

26.09.2026 / 10:07
"Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik" - Prezident

26.09.2026 / 10:01
Prezident İlham Əliyev: "Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir"

26.09.2026 / 09:50
"Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür" - Prezident

26.09.2026 / 09:44
Prezident: "Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq"

26.09.2026 / 09:38
"Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır" - Prezident

26.09.2026 / 09:27
“Autizmli uşaqlarla iş” layihəsi uğurla başa çatıb

26.09.2026 / 09:22
Prezident: "Bəzi ənənəvi təchizat zəncirləri müəyyən risklərlə üzləşir"

26.09.2026 / 09:19
"Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir" - Prezident

26.09.2026 / 09:14
Prezident İlham Əliyev: "Bərpaolunan enerji sahəsində çox böyük potensialımız var"

26.09.2026 / 09:11
"Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər" - Prezident

26.09.2026 / 09:10
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdi - FOTO

26.09.2026 / 09:04
Prezident İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - FOTO/VİDEO/YENİLƏNDİ

26.09.2026 / 08:51
Qafqaz Albaniyası memarlığında heraldika və simvoloji nişanlar sistemi

26.09.2026 / 08:50
Qaradağda palçıq vulkanı püskürdü - VİDEO

26.09.2026 / 08:50
Tramp CNN jurnalistlərini yenə “bortdan kənarda” qoydu - məhkəmə qərarına rəğmən…

26.09.2026 / 08:27
Mamdanidən Netanyahunun "antisemit mer" ittihamına sərt cavab - "fələstinlilərin soyqırımını ört-basdır etdiniz”…

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ